Türkiyə bu raketlərin kütləvi istehsalına başlayır

Türkiyə bu raketlərin kütləvi istehsalına başlayırTürkiyə "Gökdoğan" və "Bozdoğan" raketlərinin kütləvi istehsalına hazırlaşır.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) nəzdində fəaliyyət göstərən Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) rəhbəri Gürcan Okumuşun sözlərinə görə, aktiv radiolokasiyalı özütuşlama sistemi ilə təchiz edilmiş raketlərin seriyalı istehsalına hazırlıq son mərhələdədir.

O qeyd edib ki, hazırda yerüstü, həmçinin təyyarədən buraxılış sınaqları həyata keçirilir.

"Türkiyə son illərdə dərin eşelonlu hava hücumundan müdafiə sistemlərinin inkişafında əhəmiyyətli irəliləyişlər əldə edib. Yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri üzrə layihələrin bir hissəsi üzrə işlər yekunlaşıb və yeni təşəbbüslər həyata keçirilir. Digərləri arasında Türkiyə hava məkanınındərin eşelonlu hava hücumundan müdafiə sisteminin mühüm komponentinə çevriləcək "hava-hava" raketləri hazırlanır", - G.Okumuş vurğulayıb.

O xatırladıb ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalına xarici istehsal olan AIM120, AIM-9X və s. raketləri daxildir.

"Yerli "hava-hava" sinifli raketlərinin işlənib hazırlanması təyyarələri öz döyüş sursatlarımız ilə təchiz etməyə imkan verəcək. Bundan əlavə, bu raketlər əsasında qurudan və dənizdən hədəfləri vurmağa qadir olan digər sinif sursatların hazırlanması da planlaşdırılır", - o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1117   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO

Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl

16 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021