Borrell Rusiyanı buğda qıtlığı yaratmaqda ittiham etdi – ZAXAROVANIN CAVABI
Qlobal taxıl qıtlığının əsas səbəbi Rusiyanın Ukraynaya müdaxiləsidir.
Bu fikirləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Twitter hesabında yazıb.
Onun sözlərinə görə, Qərbin sanksiyalarının qarşıdan gələn kütləvi qıtlıqla heç bir əlaqəsi yoxdur.
"Beynəlxalq ticarətdə taxıl qıtlığına görə birbaşa Rusiya məsuliyyət daşıyır. O, təcavüzünə son qoymaq əvəzinə, fəal şəkildə məsuliyyəti beynəlxalq sanksiyaların üzərinə atmağa çalışır", - Borrell qeyd edib.
O, hesab edir ki, Aİ ölkələrinin tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın kənd təsərrüfatı məhsullarına və onların daşınmasına təsir göstərmir.
"Aİ-nin sanksiyaları Rusiyanın müharibəni davam etdirməməsinə qarşı yönəlib, buğdaya yönəlməyib", - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Borrelin açıqlamasına münasibət bildirib. Bu barədə o, Telegram kanalında yazıb.
"Müsyö Borrell, sizə taxıl lazımdır? Gəlin, pul verin və götürün. Sizə nə mane olur? Bunu etməyə mane olan yeganə şey vicdanınızın olmamasıdır", deyə Zaxarova yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1142 Tarix: 05 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xameneidən ABŞ-yə sərt ittiham: "Vaşinqton öz əsl üzünü göstərdi"
"ABŞ tərəfindən sazişin dəfələrlə pozulması Amerika prezidentinin imzasının əhəmiyyətsizliyini və etibarsızlığını bir daha nümayiş etdirib". "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei bəyan edib. Onun sözlərinə görə
19 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulPentaqon Yaxın Şərqə bir qrup qırıcı təyyarə yerləşdirir
ABŞ regiona əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərərək Yaxın Şərqdəki hərbi hava qruplaşmasını artırır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Mövcud məlumatlara görə, Yaxın Şərq regionuna Almaniyadakı "Şpanqdalem" aviabazasında
19 iyulDəhşət: göldə əlini yumaq istəyən oğlanı timsah diri-diri uddu
Hindistanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. xəbər verir ki, 12 yaşlı oğlan gölün kənarında əlini yumaq istəyərkən timsahın hücumuna məruz qalıb. Yırtıcı uşağı suya çəkərək parçalayıb. Hadisə ətrafdakı şəxslərin gözü qarşısında baş verib və bununla bağlı yayılan görüntülər yaılıb
19 iyulZelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır
Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin
19 iyulDünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyul