"Apple" yeni nəsil "MacBook Air"-i təqdim edib
"Apple" şirkəti WWDC 2022 sərgisində təqdimatı çərçivəsində M2 ARM prosessorlu yeni nəsil MacBook Air-i təqdim edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, noutbuk düz kənarları və ekranda ön kamera üçün kəsikli MacBook Pro üslubunda yeni dizaynda tərtib edilib.
MacBook Air 500 nit parlaqlığa malik 13,6 düymlük ekrana və iki USB-C portu olan MagSafe doldurma portuna malikdir. O, əvvəlki nəsildən 20 faiz daha sürətlidir və "Intel" prosessorlarında olan nəsillə müqayisədə performans beş dəfə artıb.
Birdəfəlik şarjla noutbuk 18 saat işləyir.
M2 çipi 5-nm texproses əsasənda hazırlanıb və 20 milyard tranzistora malikdir. Çip 24 giqabayt vahid yaddaşı (prosessor və qrafik nüvəsi üçün birləşdirilmiş yaddaş bloku) dəstəkləyir. O, səkkiz nüvəli prosessor və on nüvəli videoadapterə malikdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1400 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulÜST xərçəng xəstəliyindən qorunmağın effektiv üsullarını açıqladı
Spirtli içkilərdən və tütün məmulatlarından imtina onkoloji xəstəliklərin profilaktikasında ən effektiv üsullardan biridir. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən RİA Novosti-yə məlumat verilib. Təşkilatın məlumatına görə, ən təsirli yanaşma HPV və hepati
19 iyulAvropanı +47 dərəcəyə çatan yeni amansız isti dalğası gözləyir
Yaxın günlərdə Avropanın cənub-qərbi Səhradan isti hava gətirəcək güclü antisiklonun təsiri altında qalacaq. Ən mürəkkəb vəziyyət İspaniyada gözlənilir. Ölkənin bəzi ərazilərində temperaturun +45.+47 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da milli rekordlara yaxın göstəricidir. Qaynarinfo xəbər veri
21 iyulZelenski ordu rəhbərliyi ilə görüşdü: Yeni qərarlar hazırlanır
Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib. xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. "Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyin
19 iyul