Deputat avtomobillə kuryeri vurdu - VİDEO
Rusiya Federasiyası Dövlət Dumasının 69 yaşlı deputatı Sergey Mironov ətrafında qalmaqal yaranıb. Belə ki, bu gün deputatın "Hyundai Genesis" markalı xidməti avtomobili piyada keçidindən keçən şəxsi vurub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, müşahidə kameralarına düşən görüntülərə əsasən, xüsusi siqnalları olan avtomobil tıxacdan yayınmağa çalışıb və bu zaman elektrik velosipedlə keçidi keçən kuryeri vurub.
Hadisə şahidləri zərərçəkənə yardım göstərib, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Ayağından xəsarət alan kuryer xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü zərərçəkənə kömək etməyə belə cəhd etməyib. Amma toqquşmadan dərhal sonra o, siqnal işığını və avtomobilin nömrələrini çıxarıb.
Qəza zamanı Sergey Mironov avtomobildə sərnişin oturacağında olub. Amma portfelini də götürərək cəld maşını tərk edib və piyada şəkildə hadisə yerindən uzaqlaşıb.
Bir neçə saat sonra millət vəkili qəza baş verən zaman həqiqətən də "Genesis"də olduğunu təsdiqləyib.
"Sürücü və ya kuryer günahkardır, bunu yol polisi müəyyən edəcək. Mən maşında həmişə sənədlərlə işlədiyim üçün toqquşma hadisəsini görmədim. Bu baş verən kimi sürücü maşından düşüb, velosipedçinin sağ olduğunu, ayağının isə yaralandığını gördü. Bu barədə mənə məlumat verəndə təcili yardım və yol polisini çağırmağı xahiş etdim. Hər ikisinin gəlişini gözləyirdik", - deyə o şərh edib.
Qeyd edək ki, Mironov Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 992 Tarix: 09 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)
Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort
21 oktyabrABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam
23 oktyabrİran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) amerikalı hərbçilər gəmiləri Hörmüz boğazından müşayiət etməyə davam edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməklə hədələyib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib. "ABŞ hərbçiləri anlamalıdırla
22 oktyabrİran Fars körfəzində dörd gəmiyə hücum etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto
22 oktyabrŞahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
21 oktyabrRobert Köçəryanın oğlunun həbs müddəti uzadılıb
Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad
23 oktyabr