"İPhone"lar üçün GİZLİ FUNKSİYA
iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir. Buna görə də 9to5mac saytının əməkdaşları sözügedən əməliyyat sisteminin daxilində hansısa gizli funksiyaların olub-olmadığını yoxlayıblar.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, iOS 16-nın kodunu analiz edəndən sonra onlar əməliyyat sisteminin təqdimatı zamanı barəsində məlumat verilməmiş bir yeni funksiyanı aşkar ediblər. "Apple" şirkətinin sözlərinə əsasən iOS 16-da istifadəçiləri bloklanmış ekran ilə bağlı yeni geniş imkanlar gözləyir. Belə ki, istifadəçilər bloklanmış ekranda əks olunan məlumatların şriftlərini, temaların tərzlərini dəyişə, bloklanmış ekrana vidjetlər əlavə edə və Apple Watch-un siferblatlarında olduğu kimi öz istəklərinə uyğun olaraq müxtəlif növ bloklanmış ekran dizaynını yarada bilərlər.
Beləliklə, iOS 16-nın kodunu analiz etmiş 9to5mac əməkdaşları ekran işıqlandırılmasının idarəsindən cavabdeh olan 3 framework aşkar ediblər. Onların hamısı iOS 16-da daimi aktiv ekran funksiyasının (Always on Display) olacağına işarə edirlər.
Qeyd edək ki, sözügedən funksiya artıq uzun zamandır ki, əksər Android smartfonlarda istifadə edilir.
"Always on Display" funksiyasının adı həmçinin bloklanmış ekranın və ana səhifənin idarəsindən cavabdeh olan Springboard adlı tətbiqdə də aşkar edilib.
Bundan əlavə, iOS 16-da elə gizli özəlliklər var ki, Apple mühəndisləri onların vasitəsilə hətta daimi aktiv ekran dəstəyinə sahib olmayan "iPhone" modellərində də "Always on Display" funksiyasını işə sala bilərlər. Son məlumatlara əsasən sözügedən funksiya iPhone 14 Pro modellərində istifafəyə veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1368 Tarix: 10 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)
Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort
21 oktyabrSüni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
"Spotify" platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq v
22 oktyabrKosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22 oktyabrTürkiyədə mədəndə partlayış - ölən və yaralılar var
Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis
23 oktyabrKalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı
Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia
21 oktyabrTürkiyə Səudiyyə Ərəbistanına hərbçilər göndərəcək
Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında hərbi kontingentin yerləşdirilməsinə icazə verən sənədi parlamentə təqdim etməyi planlaşdırır. xəbər verir ki, "Reuters" bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputata istinadən məlumat yayıb. Deputatın sözlərinə görə, sənə
21 oktyabrİran Fars körfəzində dörd gəmiyə hücum etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto
22 oktyabr