Putindən postsovet ölkələrinə şok hədə - Rusiya imperiyasının ərazisi müvəqqəti kiçilib...

Putindən postsovet ölkələrinə şok hədə - Rusiya imperiyasının ərazisi müvəqqəti kiçilib..."Müasir Rusiya Federasiyasının ərazisi əbədiyyən kiçilməyib".

Sonxeber.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski I Pytorun 350 illiyinə həsr olunmuş "Gələcək üçün tarix" beynəlxalq forumunda çıxışı zamanı deyib. "Onlar (Rus çarları - red.) yaxın vaxtlara qədər planetin altıda birini təşkil edən bir ölkə qurdular. İndi bu bir qədər az ərazidir. Amma bu azalma əbədi deyil", - deyə Medinski vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, I Pyotr əraziləri qaytarır və möhkəmləndirirdi: "Bizim də qismətimizə bu düşüb".

Bütün bu açıqlamalar, əlbəttə ki, postsovet ölkələrinə növbəti, açıq hədə, təhdiddir, ərazi iddiasıdır. "Ukrayna işğalının mütləq davamı olacaq" ismarışıdır, "SSRİ-2" mesajıdır. Özü də Rusiya prezidentinin, onun köməkçisinin dilindən səslənən bir mesaj, hədə...

Rusiya lideri və nümayəndəsi növbəti dəfə ölkənin imperiya arzularını dilə gətirib. Bəs Rusiyanın hədələri gerçəkləşə, fərqli modeldə II SSRİ qurula bilərmi? Ukrayna müharibəsi Putinin SSRİ yaratmaq planlarını pozmaqdadırmı?

Arzuxan Əlizadə: "Putin ilk dəfə belə çıxış etmir, bundan əvvəl də..."

AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirdi ki, Putin ilk dəfə belə iddia ilə çıxış etmir: "Bundan əvvəl də ermənilərə xitab edərək söyləmişdi ki, I Pyotr bizə ermənilərə qayğı ilə yanaşmağı tövsiyə etmişdi və bu xüsusi münasibəti sərgiləyirik. Ardınca SSRİ-nin dağılmasını faciə adlandırmışdı. Həmçinin Ukrayna müharibəsi ərəfəsində Rusiyanın təsir dairəsinin gücləndirilməsi haqda danışmışdı. Bütün bu söylədikləri Rusiya liderinin ərazi iddialarını ortaya qoyurdu. Bu gün Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazi, Ukraynanın şərq hissəsi, Qarabağın dağlıq hissəsini öz təsir dairəsində saxlamaq istəyi rus imperiyasını yaşatmaq xülyasından irəli gəlir".

ALDP sədri Fuad Əliyev isə hesab edir ki, Rusiya bu mesajları təkcə postsovet məkanına deyil, dünyaya çatdırır. Partiya liderinin sözlərinə görə, Putin bu regionda Rusiyanın dominant olduğu, Qərb və NATO-ya onun orbitinə yaxınlaşmamaq haqda xəbərdarlıq edir.

F.Əliyevin fikrincə, bu açıqlamalar Rusiyanın Ukraynanın bir hissəsini öz ərazilərinə qatacağı iddiasından irəli gəlir: "Həm Putin, həm Medinski demək istəyirlər ki, Donbası götürəcəyik və Krıma quru yol açacağıq, ərazilərimizi genişləndirəcəyik. I Pyotrun tədbirində bu çıxışların olması təsadüfi deyil və imperiya istəklərini gizlətmirlər. Bu gün Rusiya regionda hakimi-mütləq olmaq üçün növbəti gücünü səfərbər etməkdədir. Ukrayna müharibəsi də bölgə uğrunda Qərb-Moskva qarşıdurmasıdır. Əgər ruslar məğlub olsalar, regionda Qərbin mövqeyi güclənəcək. Putin isə Ukraynada apardığı hərbi əməliyyatlarla indidən bunun qarşısını almağa çalışır. Ona görə biz 3-cü Dünya müharibəsinə bir başqa şəkildə tamaşa edirik. Buradan strateji olaraq kimin qalib çıxacağı sual doğurur".

Fuad Əliyev: "Bu açıqlamalar Ukraynanın bir hissəsini öz ərazilərinə qatacağı iddiasından irəli gəlir"

ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Putin özünü I Pyotrla müqayisə etdi: "Bu, tipik imperiya düşüncəsidir, belə yanaşma bütün postsovet məkanı üçün təhlükə olduğunu göstərir".

Onun fikrincə, hazırda Rusiyada böyük əksəriyyət, o cümlədən ziyalıların böyük hissəsi məhz Putin kimi düşünür: "Çünki elə "proqramlaşdırılıblar", böyük ölkə olmağın, "imperiya" modelinin iqtisadiyyat və əhalinin rifahı olmadığını qəbul etmək istəmirlər. Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir imperiya tipi, məsələn, Cənubi Koreyadır".

Ekspertin fikrincə, Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, imperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı, Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi: "Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir "imperiyadır", torpaqları yox, bazarları tutur, ərazini deyil, əhalinin qarajlarını, ciblərini, evlərini "işğal" edir. Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, postsovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də Azərbaycan öz "de-jure" və "de-fakto" ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1187   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır

Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri

22 oktyabr
.

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) amerikalı hərbçilər gəmiləri Hörmüz boğazından müşayiət etməyə davam edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməklə hədələyib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib. "ABŞ hərbçiləri anlamalıdırla

22 oktyabr
.

Pentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır

ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir

23 oktyabr
.

ABŞ İranla münaqişənin həlli üçün danışıqlar aparmır

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla münaqişənin həlli ilə bağlı danışıqlar aparmadığını açıqlayıb. xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat brifinqində jurnalistlərə verdiyi cavabda Trampın "Xeyr, düşünmürəm ki, onlarla danışıqlar aparırıq" dediyi bildirilir. Amerika lider

22 oktyabr
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22 oktyabr
.

Belçikada həmkarlar ittifaqları irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır

Belçikanın üç əsas həmkarlar ittifaqı - "Ümumi Əmək Federasiyası", Xristian Həmkarlar İttifaqları Konfederasiyası və "Synova" noyabrın 23-də Brüsseldə irimiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Onla

22 oktyabr
.

NATO Ukraynaya daha sürətli və daha ucuz silahlar almağa imkan verəcək

NATO Ukraynaya mərkəzləşdirilmiş tədarük agentliyi vasitəsilə silah, sursat və hərbi texnika almağa icazə verəcək. xəbər verir ki, bu, Kiyevə müdafiə avadanlıqlarını daha sürətli və daha əlverişli şərtlərlə əldə etməyə imkan verəcək. Ukrayna NATO Təchizat və Satınalma Agentliyi (NSPA) ilə əməkdaşlığ

22 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad

23 oktyabr