General əsgərlərin siqaretini necə mənimsəyib? – TƏFƏRRÜAT

General əsgərlərin siqaretini necə mənimsəyib? – TƏFƏRRÜATXəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən general-mayor Rəsulov Məsum Eynalı oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda general-mayorun ordu üçün ayrılmış siqaret məhsullarını öz şəxsi məqsədləri üçün sataraq əlavə gəlir əldə etməsi olub.

Mövzu ilə bağlı hərbi jurnalist Səxavət Məmməd Yenisabah-a geniş şərh verib. Hərbi jurnalist düşünür ki, bu əməliyyat yerində aparılıb və bu işdə əli olanlar ən ağır cəzaya layiqdir:

"Müharibə dönəmində həm mülki şəxslər əsgərlərə siqaret və digər təchizatla təmin etməyə çalışırdılar, həm də gömrükdə qanunsuz yolla ölkəyə gətirilərkən müsadirə edilmiş bütün siqaretlər orduya göndərilirdi. Mən o vaxt zabitlərdən birindən belə bir məlumat əldə etmişdim ki, müharibə vaxtı gömrükdən orduya göndərilən siqaretlərin həcmi çox böyük olsa da bura gəlib çatan siqaretlərin həcmi çox azdı. Bundan əlavə aydın olur ki, "Malbro" kimi bahalı siqaretlər satışa çıxarılıb onların yerinə daha ucuz siqaretlər orduya göndərilirmiş. Çoxumuza məlum məsələdir ki, müharibə vaxtı döyüş bölgələrində də belə hallar olurdu, əsgərə çatmalı olan məhsullar həcmindən az çatırdı və təbii ki, həmin zabitlər müharibədən sonra sərt cəzalandırıldı. Elə müharibədə zabitlər də təsdiq edirdilər ki, orduya əsas siqaret gömrükdən gəlir. İndi məlum olur ki, əslində hələ hamısı gəlib çatmırmış. O ki qaldı gömrükdən siqaretlərin orduya göndərilməsinə, rəsmi açıqlamada da göründüyü kimi bu rəsmi qərar formasında olmasa da qeyri-rəsmi olaraq dövlətin göstərişi vardı ki, sərhəddən qeyri-qanuni keçirilən siqaretlər orduya göndərilərək müharibədəki siqaret tələbatı qismən də olsa ödənsin. Hesab edirəm ki, bu adam ən ağır cəza almalıdır. Ümid edirəm ki, gömrükdəki siqaretlər deyil, digər əsgərlərə göndərilən təchizatın siyahısı çıxarılacaq və bir çox qurumlarda bu işlərlə məşğul olan bütün şəxslər tapılaraq istintaqa cəlb ediləcəkdir".

Ekspert deyib ki, icra hakimiyyətlərində də araşdırma aparmağa ehtiyac var:

Çünki, müharibədə bəzi könüllülər vardı ki, kimlərinsə tapşırığı ilə çox sayda generatorları məsul şəxlərə anbarlarda təqdim edirdilər, həta belə bir hal olmuşdu ki, müharibəyə göndərilmək üçün bir generator satıcısından alınan generatorların bir neçəsi müharibədən sonra daha ucuz qiymətə özünə təklif edilmişdi. Ona görə də dediyim kimi, araşdırılma başlayıbsa bu tip məsələlər də araşdırılmaya alınmalı və günahkarlar kim olursa olsun istintaqa cəlb edilməlidir."(azinforum.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2892   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr