Lənkəranda döyülən məktəblinin sinif rəhbəri DANIŞDI – "15 yaşında qıza əxlaqsız demək günahdır"

Lənkəranda döyülən məktəblinin sinif rəhbəri DANIŞDI – "15 yaşında qıza əxlaqsız demək günahdır"Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova ilə bağlı məsələnin detalları araşdırılır. Döyülmə faktının harada və kim tərəfindən baş verməsi ilə bağlı hələki rəsmi açıqlama verilməyib.

Rasilə Əliyevanın yeniyetməni əxlaqsızlıqda və sinif yoldaşlarını pozmaqda ittiham etməsi, bu səbəbdən qızın orta məktəbdən çıxarılmasını tələb etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu mövzuda səlahiyyət sahibi olmayan Rasilə Əliyevanın belə bir açıqlama verməsi ciddi tənqidlə qarşılanıb.

Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Gülzar Əliyeva Bizim.Media-ya açıqlamasında 4 il sinif rəhbəri olduğu Aliyə Camalovadan danışıb.

O, deyib ki, indi də sinif rəhbər olduğu şagirdləri ilə maraqlanır, onlardan hər dəqiqə xəbər tutur:

"Aliyə artıq 9-cu sinifdə oxuyur. Mən onları 5-ə qədər aparmışam. Ümumiyyətlə o sinfin xarakteristikası çox gözəldir. Hamısı çox yaxşı uşaqlardır. 4 il onlara analıq və müəlliməlik etmişəm. Qaldı ki, Aliyəyə, mən onun başına gələnlərdən çox üzüldüm. Bir valideyn üçün övladının bu şəkildə döyülməsi sadəcə dəhşətdir. Mən özüm də Aliyəni və xəsarətlərini gördüm. Düşünəndə ki, övladımı kimsə döyüb, o anda nə edərəm, bilmirəm. Çox təssüflənirəm. Açığı dünən mediada oxudum ki, guya Aliyə Camalovanı Rasilə Əliyeva ilə birgə Yeganə Əsgərova da döyüb. Mən Yeganə müəlliməni 30 ildən çoxdur tanıyıram. O səsini qaldıra bilər, amma əlini yox... Həmişə şagirdlərinin arxasıda dayanıb. Hələ də təccüb içindəyəm. Hər halda araşdırmaların nəticəsində həqiqətlər ortaya çıxacaq".

Gülzar Əliyeva Rasilə Əliyevanın Aliyəni əxlaqsızlıqda günahlandırması məsələsinə də münasibət bildirib:

"O sinifdə əxlaqsız uşaq ola bilməz. Nəinki Aliyə, heç bir qız və ya oğlan barədə belə ittihamın irəli sürülməsi ciddi yalnışlıq olar. 15 yaşında qızın nə əxlaqsızlığı ola bilər? Nə tərbiyəsizlik edib ki, ona əxlaqsız adı verilsin.

O ifadə Aliyə üçün çox böyük və günahdır. Aliyədə ana, ata, baba və nənə qayğısı əskik olmayıb. Anası Ləman xanımı uzun müddətdir ki, tanıyıram. Çox mədəni və ziyalı xanımdır. Onda olan bütün mədəni xüsusiyyətlər də Aliyədə toplanıb. Sakit, tərbiyəli, yalanı və əsəbi olmayan qızdır. Məktəbdə nəsə neqativ bir olay baş verəndə qulağımıza çatır.

Bu günə qədər Aliyə barəsində hər hansı xoşagəlməz hal eşitməmişəm. Tək Aliyədə yox, onun təhsil aldığı o sinifdə bütün uşaqlar tərbiyəlidir. Rasilə Əliyevanı da həm valideyn kimi, həm də həmkar kimi tanımışam. İcra başçısının müavini olmamışdan əvvəl bizim məktəbdə Azərbaycan-dili fənnini tədris edib.

Valideyn kimi isə 1 il yaxından tanımışam. Təxminən 8 il olar ki, bir yerdə çalışmırıq. Onun qızı Sara da mədəni qızdır. Sara ilə Aliyənin çox gözəl münasibətləri olub. Heç vaxt bir-birlərinə qarşı aqressiv olmayıblar. Niyə belə bir olay yaşanıb? Çox qəibədir...", - deyə Gülzar Əliyeva qeyd edib.
Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovaya fiziki zorakılıq olunub. Döyülən yeniyetmənin anası Ləman Camalovanın iddiasına görə qızı Lənkəran şəhər icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evində döyülüb.

Digər iddiasına görə qızı döyüləndə orada Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova da olub. Yeniyetmənin üzündə və bədənində ciddi xəsarət izləri var./Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1371   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr