Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir?

Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir?Dost da, düşmən də Azərbaycanın haqlı davasını və onun nəticəsini qəbul edib.

Bir zamanlar orada halay vurub, rəqs edənlər, işğal altıda olan torpağa uzanaraq şəkil çəkdirənlər də bu gerçəyi etiraf etməkdədir. Ermənistan rəhbərliyi işğal altında 30 ilə yaxın saxladıqları torpaqların Azərbaycan ərazisi olduğunu danmır.

İndi yeni dövr və yeni şərait yaranıb. Azərbaycan öz torpaqlarını düşmənin tapdağından, izlərindən təmizləyir. İşğaldan azad olunan yerlərdə yurdlar dirçəlir, evlər tikilir, insanlar geri köçməyə hazılaşır. Bu baxımdan 2023-cü il böyük köçün başlanğıcı ola bilər.

Şuşa da işğaldan təmizlənən ərazilərdəndir. Orada 23 binadan ibarət yaşayış kompleksi tikilir. Qalaya 2023-cü ilin sonunda ilk köç ediləcək.

Bu, həmin ərazilərin Azərbaycana məxsusluğunun dünyaya bir daha isbatı olacaq.

Ötən müddət ərzində Şuşada bir sıra mədəni, ictimai, siyasi tədbirlər keçirilib.

Bu il martında Qalada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda qurumun rezident əlaqələndirici Vladanka Andreeva da iştirak edib. O, tədirdə çıxışında qeyd edib ki, BMT Azərbaycanın verdiyi töhfələri, təşəbbüsləri yüksək qiymətləndirir: "Bundan sonra da Azərbaycanla fəal işləməyə davam edəcəyik".

Keçmiş münaqişənin həllində və torpaqların işğaldan azad olnmasında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamə az rol oynamayıb. Rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərindən də heç olmazsa işğalçını tanıyan belə bir sənədin qəbul edəcəyini 30 il gözlədi...

Torpaqlar işğaldan azad ediləndən sonra həmsədr ölkələrin Azərbaycandakı səfirləri isə əraziyə səfər etmədi. Onların bu sahədə susqunluğu və fəaliyyətsizliyi yada 30 ildə atılmayan addımları salır. Ancaq torpaqlar işğal altında olanda həmsədrlər İrəvandan Xankəndinə tez-tez səfərlər edirdilər. Hətta, oradakı separatçılarla görüşlər keçirirdilər. Ötən 1 il 8 ayda həmsədr dövlətlər ABŞ, Fransa və Rusiyanın səfirləri bir dəfə olsun işğaldan təmizlənən ərazilərə ayaq basmamışdı.

İyulun 15-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Şuşanı ziyarət etməklə bu tilsimi qırdı. BMT nümayəndəsinin və rusiyalı diplomatın bu addımını Azərbaycanın ərazi bütövlüyünə hörmətin təzahürü kimi də dəyərləndirmək olar.

ABŞ və Fransa liderlərinin rəsmi məktublarında və görüşlərində Avropanın enerji daşıyıclarına olan tələbatının ödənilməsində Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilir. Bunun mənası region və qlobal miqyasda sirr deyil. Ancaq Qərbin maraqlarının təmin olunmasında vacib rollardan birinin oynayan Azərbaycanın ərazi bütövlüyü və torpaqlarının işğaldan təmizlənməsinə ABŞ və Fransa səfirlərinin laqeydliyi anlaşılmazdır. Bu ölkələr Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda Rusiya ilə qarşıdurmada olduqları halda işğaldan təmizlənmiş Azərbaycan torpaqlarına səfər etməkdən çəkinirlər.

Qeyd edək ki, hər iki ölkə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Deməli, onlar Azərbaycan torpaqlarının azad olunması ilə bağlı qurumun qəbul etdiyi məlum qətnamələrin lehinə səs veriblər.

Beləliklə, Rusiya tərəfi 1 il 8 aydan sonra qətnamənin icra olundğu yerlərə səfər etdi. Növbə keçmiş həmsədr ölkələrdən hansının səfirinindir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1084   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr