3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən 6 yaşlı Nuray niyə həkimə APARILMIR? - VİDEO

3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən 6 yaşlı Nuray niyə həkimə APARILMIR? - VİDEOXətai rayonu 3 saylı Uşaq evində dəhşətli faktlar ortaya çıxıb. İddia olunur ki, Uşaq Evində böyüyən uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlılqar Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.

Bu iddialarla Bizim.Media-ya hazırda 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva çıxış edib. Onun sözlərinə görə uşaqlara qarşı olunan haqsızlıqlara artıq göz yuma bilmədiyi üçün məsələnin ictimailəşməsinə qərar verib.

Gülcan Nağıyeva iddiaları ilə bağlı Bizim.Media-ya görüntülər təqdim edib.

Həmin görüntülərdən birində 6 yaşlı Nurayın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb.
İyulun 13-də işə gələndə Nurayın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq evində nə həkim, nə də tibb bacısı tapa bilib.

Nurayın hələ də həkim nəzarətinə götürülmədiyindən gileylənən Gülcan Nağıyeva onun digər uşaqlarla təmasda olmasından narahatlığını ifadə edib:

"Bilirsiz ki, indi təhlükəli vəziyyətdir. Virusların təmasdan birbaşa yayıldığı vaxtda Nurayın hələ də kollektivdən təcrid olunmaması, həkim müayinəsindən keçməməsi düzgün deyil. Bu qədər etinasız münasibət olar? O uşaqlara ürəyim ağrıyır. Özüm də həmin uşaq evində böyümüşəm. Nələr çəkdiklərini bilirəm. Fürsət düşdükcə hamısına analıq edirəm. 4 gündür Nuray səpib, qızdırması var, amma uşaqla maraqlanan yoxdur. Məhbubə Hüseynova illərdir ki, Uşaq evində "at oynadır". Dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir", deyə Gülcan Nağıyeva əlavə edib.

Məsələ ilə bağlı Məhbubə Hüseynova ilə də əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında barəsində deyilənlərin əsassız olduğunu deyib:

"Respublikada bu dəqiqə suçiçəyi yayılıb. Şəxsən mənim öz uşaqlarım da suçiçəyinə yoluxub. Necə oldu ki, "detdom"da bütün uşaqlar suçiçəyi oldu, bir dənə o uşağa baxmadıq? Uşaqların heç birində ləkə də qalmayıb.

Ölkə bu gün bu gündədir. Uşaq evində 3 tibb işçisi və bir həkim var. Qızdırması olana hərarət dərmanı verilir, səpintilərə isə krem çəkilir", deyə Uşaq evinin rəhbəri qeyd edib.
Qeyd edək ki, Gülcan Nağıyeva 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən qurbanlıq ətlərin müəssisədən avtomobilinəə daşınmasını əks etsirən görüntülər təqdim edib. Bununla bağlı görüntüləri növbəti sayımızda təqdim edəcəyik.

İndi isə bəhs etdiyimiz Nurayla bağlı görüntünü oxucularımıza təqdim edirik./Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1738   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi təklif olunur. Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ödənilən hər 100 manat sosial sığorta haqqının fərdi hesabın sığorta hissəsində 90 manat əvəzinə 85 manatı qeyd

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr