Azərbaycanda bir kart sistemini tətbiq etmək kimə sərf etmir? – Bütün gözlər vətəndaşın CİBİNDƏDİR
Son vaxtlar əhalinin ən çox narazılıq etdiyi məsələlərdən bir də nağdsız ödəniş kartlarının çox yerdə keçərsiz olmasıdır. Məsələn, vətəndaş hansısa bank kartı ilə metro və yaxud digər nəqliyyat sisteminin xidmətlərindən istifadə edə bilmir.
Bundan əlavə metro və avtonəqliyyatda istifadə edilən kartları dəmir yolu sistemi qəbul etmir. Və dəmir yolunda ayrıca kart var. Ən pisi də odur ki, dəmir yolu kartlarından ancaq bir nəfər istifadə edə bilir. Bir sərnişin yanındakı yoldaşı üçün bilet ala bilməz.
Halbuki, dünyanın bütün ölkələrində bir kart sistemi mövcuddur. Yəni vətəndaş hansısa bank kartı ilə metronun da, dəmir yolunun da, avtonəqliyyatın da xidmətlərindən istifadə edir. Bundan əlavə bütün ölkələrdə kart sahiblərinə güzəştlər verilir.
Məsələn, qonşu Gürcüstanda ictimai nəqliyyatda limitsiz kartlar tətbiq olunur. Vətəndaş günlük, həftəlik, aylıq və illik kartlar almaqla ictimai nəqliyyatdan limitsiz istifadə imkanı əldə edə bilir.
Təsəvvür edin, 250 lari (144 manat) verirsiniz, il boyu bütün ictimai nəqliyyatlardan limitsiz istifadə edirsiniz. Tələbələr üçün də bu sistemdə xüsusi endirimlər də var. Ölkəmizdə bu sistemin tətbiqi çoxminli tələbələr üçün ideal fürsət olardı.
Məsələ ilə bağlı tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. O Bizim.Media-ya açıqlamasında bildirdi ki, "bizim ölkəmizdə bir kart sisteminin tətbiq edilməməsi açığı ciddi suallar doğurur.
Mərkəzi Bank və digər qrumlar razılığa gəlsə bunun tətbiqi çox qısa zamanda reallaşa bilər.
Nəticədə, vətəndaş bir kart sistemindən həm ictimai nəqliyyatda, həm ticarət və iaşə obyektlərində, həm də ki, digər xidmət sahələrində rahatçılıqla istifadə edə bilər. Əgər limitsiz kart sistemi tətbiq olunsa, bunun da daha çox sosial-iqtisadi səmərəsi olar".
Təbii ki, bir kart sisteminin tətbiqi nağdsız alış-verişin həcmini artırar və bankla müştəri arasında yaranmış etimadsızlığı aradan qaldırar.
Mövzunu davam etdirəcəyik./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1241 Tarix: 16 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək
Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
20 oktyabrDSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq
20 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabrMeyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!
20 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabr