Tiflis görüşü: İrəvanın açıqlamasındakı fərq
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli görüş keçirdi: 3 saata yaxın davam edən Bayramov-Mirzoyan görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə baş tutub;
Bakı və İrəvanın görüşlə bağlı rəsmi açıqlamalarında eyni və fərqli olan məqamlar var:
- Hər iki tərəf münasibətlər normallaşmasını istəyir;
- Hər iki tərəf götürdükləri öhdəliklərin icrasının tərəfdarıdır;
- Hər iki tərəf bu formatda dialoqun davam etdirilməsinə razılaşıblar;
Ermənistan Bakıda həbsdə olan "hərbi əsir" hesab etdiyi erməni terrorçuların qaytarılmasını, Azərbaycan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini istəyir.
Fərqli məqamlar isə görüşün nəticələrini və hadisələrin mümkün inkişafını müəyyənləşdirir:
- Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir: bura Rusiya tərəfinin iyun ayına qədər çıxarılmasına söz verdiyi, lakin vədini yerinə yetirmədiyi 4-cü bəndin (erməni qoşunların çıxarılması) həyata keçirilməsi, o cümlədən, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsində işlərin başlanılması da daxildir; Rəsmi İrəvanın açıqlamasında sadəcə "öhdəliklərin yerinə yetirilməsi" qeyd olunur;
- İrəvan "Qarabağ münaqişəsinin" həll edilmədiyini deyir, Minsk qrupunun mandatından istifadə edilməsini istəyir: Bakının açıqlamasında bununla bağlı heç bir qeyd yoxdur;
Uzlaşan və çarpazlaşan məqamlar deməyə əsas verir ki, 3 saat davam edən görüşdə humanitar və ikitərəfli dialoqun davam etdirilməsi razılaşdırılsa da, prinsipial məsələlər açıq qalır, xüsusilə İrəvanın "münaqişə" və Minsk qrupu haqda dedikləri "status" iddiasına davam etdiyini göstərir.
Əliyev son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etdi. Rəsmi açıqlamalar prinsipial məsələlərlə bağlı anlaşmanın olmadığı ehtimalını önə çıxarır. Və bu kontekstdə Bakı iki istiqamətdə hərəkət edə bilər:
Siyasi: Zəngəzura status istəyi ilə bağlı məsələni praktiki mərhələyə keçirə bilər;
Hərbi: miqyasından asılı olmayaraq, Ermənistanı, həm də prosesdə iştirakçı olan bütün tərəfləri razılaşmaların icrasına məcbur edəcək addımlar ata bilər;
Nazirlərin ikitərəfli görüşlərin davam etdirilməsi razılaşması açıqlanmayan məqamlara da diqqət çəkir və bunu proseslərin inkişafında müəyyənləşdirmək mümkün olacaq: Ermənistan indiki mərhələdə ən azı sülh sazişinin imzalanması üzrə işçi qrupunu formalaşdırmalı və Zəngəzur dəhlizinin dəmir yolu layihəsinin texniki-maddi iqtisadi əsaslandırmasını hazırlamalı, avtomobil yolu marşrutunu Azərbaycana verməlidir;
Bakının praktiki addımlara keçidini müvəqqəti də olsa, bu məsələlər dayandıra bilər, əks təqdirdə, nələr ola biləcəyini Əliyevin çıxışından təxmin etmək mümkündür./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı