Səfirlik Almaniyada koronavirusdan ölən azərbaycanlı ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB
"Almaniyada vəfat edən soydaşımız barədə məlumatlıyıq".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 23.12.1982-ci il təvəllüdlü Eldar Nizami oğlu Xəlilovun ailəsi ilə birlikdə zəruri bütün addımlar atılır:
"Səfirliyin səlahiyyətləri çərçivəsində məsələ nəzarətə götürülüb. Proseslərin gedişi ilə bağlı şəxsin ailə üzvlərinə məlumat verilir. Soydaşımızın nəşinin vətənə gətirilməsi ilə bağlı tarix və digər addımlar isə ailəsi ilə danışılacaq".
15:28
Almaniyanın Bayroyt şəhərində koronavirusdan vəfat edən azərbaycanlının ailəsinin axtarılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat verib.
Bildirilib ki, Eldar Nizami oğlu Xəlilov iyulun 19-dan 20-nə keçən gecə vəfat edib:
"Ailəsi bu barədə məlumatlıdır. Onun nəşinin vətənə gətirilməsi istiqamətində zəruri tədbirlər görülür".
14:20
Almaniyanın Bayroyt şəhərində yaşayan azərbaycanlı koronavirusdan vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, söhbət Eldar Nizami oğlu Xəlilovdan gedir. Belə ki, vətəndaş vəfat edib, lakin nəşi morqda saxlanılır.
Qeyd olunur ki, həmyerlilərimiz Eldar Xəlilovun yaxınlarını axtarırlar. Soydaşımızın nəşinin Vətənə gətirilməsi üçün kömək lazımdır.
Onu da qeyd edək ki, iddialara görə, müəyyən müddət ərzində şəxsin ailə yaxınları tapılmazsa, meyit yandırıla bilər. Bu isə müsəlman qaydalarına ziddir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3330 Tarix: 21 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrRus ordusu Omelniki işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
19 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabrVyetnam Ukraynaya 500.000 dollar humanitar yardım ayırıb
Vyetnam Ukraynaya 500.00 dollar dəyərində yeni humanitar yardım paketi təqdim edib. xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində bildirib. O, Vyetnam hökumətinə və xalqına dəstəyə görə təşəkkür edərək, bu addımın iki ölkə arasında uzunmüddətli dostluğu
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabr