Sudan çox, ot öldürür: Boğulanların xilası kimin əlindədir? – ARAŞDIRMA

Sudan çox, ot öldürür: Boğulanların xilası kimin əlindədir? – ARAŞDIRMASuda boğulma və ölüm halları son vaxtlar gündəmdən düşmür. Nardaranda, nəzarət olunmayan çimərlikdə iki bacının, Şamaxıda süni göldə iki yeniyetmənin, Beyləqanda hovuzda üç yaşlı qızın boğulması - cəmi iki günün statistikasıdır və təəssüf ki, rəqəmlər getdikcə artır, həyatlar yarıda sönür.

Bəs görəsən, çimməyin qadağan olduğu ərazilərə nəzarət nə zaman gücləndiriləcək? Bədbəxt hadisələri necə önləmək olar?

Sonxeber.az mövzu ilə bağlı Oxu.Az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, qadağan olunmuş çimərliklərə nəzarət gücləndirilməlidir:

"Hər il yay mövsümündə çimərliklərdə, kanallarda, göllərdə boğulma halları müşahidə olunur. Çimərlikdə təhlükəsizlik məsələsi kompleks yanaşma tələb edən tədbirlərdəndir. Çimərlikdə təhlükəsizliklə bağlı, yaxşı olar ki, ümumi bir konsepsiya olsun. Konsepsiya ilə nəzarətsiz qalan çimərliklərə də nəzarət gücləndiriləcək. Nəzarətsiz çimərliklərin sayının azalması ilə boğulmaların qarşısını ala bilərik".

E.Nurəliyev qeyd edib ki, könüllülərdən ibarət operativ qrup yaradılmalıdır:

"Mövsüm vaxtı xilasedici qüvvələrin cəlb olunması üçün şəraitin yaradılması vacibdir. Həmin yerləri nəzarətə götürməklə boğulmanın qarşısını almaq olar. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına görə, sahilboyu hər 100 m məsafədən bir xilasedici olmalıdır. Çimərlik mövsümü başlayandan öncə əraziyə lazımi baxışlar keçirilməlidir.

Çimərliyə planlı şəkildə gedilməlidir. Çimərlik seçərkən diqqətli olmalıyıq. İlk növbədə hava şəraiti nəzərə alınmalıdır. Bu qaydalara ona görə əməl etmək lazımdır ki, boğulma riski ilə üzləşməyəsən. Qadağan olunmuş çimərliyə getmək lazım deyil".

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili qeyd edib ki, vətəndaşlar xilasedicilər olmayan çimərliklərdən istifadə etməməlidirlər:

"Biz hər zaman vətəndaşlara müraciət edirik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyinin xidmət aparan xilasediciləri olan yerlərdən istifadə etsinlər".

A.Əlili əlavə edib ki, kanallarda suyun sürəti normadan artıq olur:

"Bölgələrdə süni göl və kanallarda insan ölümləri ilə bağlı məlumatlarımız olur. Bildiririk ki, su kanallarından, süni göl və çaylardan istifadə etməsinlər. Kanal və süni göllərin kənarları və dibləri beton plitələrdən ibarət olur. Onların su ilə təması nəticəsində sürüşkən ot təbəqəsi əmələ gəlir. Həmin vaxt oraya düşən şəxs rahatlıqla çıxa bilmir. Sürüşür, müxtəlif zədələr alır.

Eyni zamanda kanallarda suyun sürəti normadan artıq olur. Ora çimmək üçün nəzərdə tutulmayıb. Çünki müxtəlif aqreqatlardan da istifadə olunur".

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, boğulma dünyada 10 bədbəxt hadisə nəticəsində ölüm hallarına görə üçüncü ən geniş yayılmış səbəbdir. Sahildə yaşayan kişi və uşaqlar boğulma təhlükəsinə daha çox məruz qalırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2578   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr