Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək
Prezident İlham Əliyev bir neçə gün öncə "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı təsdiq edib.
Sənəddə qeyd olunan dövrdə müxtəlif istiqamətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Onlardan biri də "kommunal xidmətlərin vahid informasiya sistemi"nin yaradılmasıdır.
Adı çəkilən Strategiyaya görə bu sistem 2022-2023 -də başa çatdırılmalıdır.
Beləliklə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihə gerçəkləşmək üzrədir. Məlum olduğu kimi, bundan xeyli öncə qəbul edilən bir çox sənədlərdə də ASANA-a tapşırılmışdı ki adı çəkilən sistemi formalaşdırsın.
Sonxeber.az bildirir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz paylaşma edib.
O qeyd edib ki, müxtəlif səbəblərdən, istisna etmirəm ki, həm də müəyyən maraqlı tərəflərin müqaviməti ucbatından oflayn formada "ASAN Kommunal" yaratmaq mümkün olsa da, vahid elektron platformanı reallaşdırmaq indiyədək mümkün olmayıb.
Bu sistemin reallaşması nələri nəzərdə tutur ?
"1. Vətəndaşlar bir şəxsi şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edir, hər ay üzrə sərfiyyatı izləyir, sayğacdakı məlumatla müqayisə edir
2. Sistem ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər
3. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə billing sistemində sərfiyyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür
4 Hər üç kommunal xidmətin ( işıq, su və qaz sərfiyyatı ilə bağlı ) məlumatları vahid bir mərkəzə yönəlir, burada vətəndaşın şəxsi kabineti formalaşır
5. Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir
6. Tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir ( xatırlayıram ki, əvvəllər kommunal qurumlardan biri bu məqsədlə WhatsApp-la sayğacların fotosunu tələb edirdi,
7. Xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür ( əvvəllər xidmətdən istifadəni dayandirmaq üçün "EVDƏN ÇIXANDA XƏBƏR EDİN" mesajları verilirdi)
8. Xidmətin verilməsində dayanma olarsa dərhal məlumat ötürülür
8. Qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir və s.
Ümid edirəm, Azəriqaz, Azərişıq və Azərsu qurumlarını vahid elektron platformada birləşdirməyıə cavabdeh olan ASAN və Energetika Nazirliyi qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklər.
Ümid edirəm formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, billing sistemləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.
Yeri gəlmişkən, Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub.
Düşünürəm ki, Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı