Piramidalar kimi möhtəşəm: Səudiyyədə 170 km uzunluğunda güzgülü göydələnlər tikiləcək - FOTO/VİDEO
Səudiyyə Ərəbistanı divarları güzgülü şüşə ilə üzlənmiş 170 km uzunluğunda "Mirror Line" göydələn tikmək planlarını açıqlayıb. Neom şəhərinin bir hissəsi sayılacaq 500 m hündürlükdəki binalar kompleksinin tikintisinin ölkəyə bir trilyon dollara başa gələcəyi hesablanıb.
Binalar 170 km məsafədə bir-birinə paralel şəkildə uzanacaq. Şahzadə Məhəmməd bin Salman tikintini 2030-cu ilə qədər başa çatdırmaq istəyir, lakin mühəndislər bunun 50 il çəkə biləcəyini deyirlər.
Şahzadənin sözlərinə görə, layihə sakinlərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün infrastruktur obyektləri onlardan cəmi beş dəqiqə aralıda yerləşəcək. Eləcə də kompleksin bir başından digərinə avtomobilin köməyi olmadan 20 dəqiqəyə çatmaq mümkün olacaq.
Doqquz milyon sakinin olacağı şəhərcikdə yüksəksürətli qatar və qayıqlar üçün körpü də olacaq. Bundan başqa, 300 m yüksəklikdə bir stadion nəzərdə tutulub.
"Mirror Line"da bərpa olunan enerjidən istifadə olunacaq. Şahzadə Salman binaların sıfır karbon emissiyalı və ekoloji cəhətdən təmiz olacağını iddia edir. O, həmçinin "Neom layihəsi"nin minlərlə yeni iş yeri yaradacağına və neftlə zəngin ölkəyə təbii ehtiyatlardan asılılığını azaltmağa kömək edəcəyinə ümidini bildirib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1859 Tarix: 27 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə bir milyondan çox qadının adı eynidir
Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır
18 oktyabrRus ordusu Omelniki işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
19 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrTramp İrana qarşı əməliyyatları davam etdirməyə hazır olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində sərt mövqeyini davam etdirir. Oktyabrın 18-də Tramp İrana qarşı əməliyyatlarla bağlı "işi sona çatdırmaq" mesajı verib. Reuters-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanat
19 oktyabrƏraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah
18 oktyabrUkrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib
Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm
20 oktyabr