Qarabağda antiterror əməliyyatı başlaya bilər? - Deputatdan CAVAB
Son günlər erməni silahlı birləşmələrinin təxribatları davam etməkdədir. Bu təxribatlar dayandırılmasa, Qarabağda antiterror əməliyyatı başlaya bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, son zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması məqsədli xarakter daşıyır:
"Ermənistan üçtərəfli razılaşmalardan irəli gələn öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və sülh müqaviləsinin imzalanmasını ləngidir. Konkret olaraq, Qarabağdan silahlı terrorçu qrupların çıxarılmasını təmin etmir, Zəngəzur dəhlizini, kommunikasiyaları açmır, sərhədlərin delimitasiya və demarkasiya proseslərindən yayınmaqla vaxt udmağa çalışır. Bəzi xarici qüvvələrin dəstəyi ilə, mənasız bir qurum olan Minsk qrupunu dövriyyəyə qaytarmağa cəhd edir. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdən əvvəl, Azərbaycanın irəli sürdüyü beş şərtlə razılaşmasına baxmayaraq, Ermənistan destruktiv fəaliyyətini davam etdirməklə məşğuldur.
Belə davam edə bilməz. Biz oturub ermənilərin yenidən təşkilatlanmasını gözləyə bilmərik. Prezident İlham Əliyev altı ayın yekunlarını müzakirə edərkən növbəti dəfə ermənilərə xəbərdarlığını etdi və 10 noyabr bəyannaməsinin bütün müddəalarının icrasını təmin etməli olan Rusiyaya da öhdəliklərini xatırlatdı. Əks halda, beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirsin".
Düputat vurğulayıb ki, indiki vəziyyətdə Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti olduqca böyükdür:
"Rusiya-Ukrayna müharibəsi fonunda, Qərb-Rusiya münasibətlərinin yaxın gələcəkdə normallaşması mümkünsüz görünür. Şərqlə Qərbi birləşdirən ən qısa quru yolları isə Azərbaycandan keçdiyi üçün ölkəmizin nəqliyyat-logistik imkanları bütün tərəflərin maraqlarına cavab verir. Lakin, əfsuslar olsun ki, burada cənub qonşumuzun Zəngəzur dəhlizinin açılmasına qarşı təhdidlərini anlamaq mümkün deyil.
Azərbaycanın apardığı hücum diplomatiyası Ermənistanı küncə sıxışdırıb. Onların öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolları yoxdur. Əgər yaxın zamanlarda, normallaşma istiqamətində konkret addımlar atılmasa, Azərbaycan Ordusu konstitusiyadan irəli gələn vəzifələri icra edəcək.
Bir daha deyirəm, ermənilərin yenidən təşkilatlanmalarını gözləmək, sadəlövhlükdür. Terrorçular Qarabağdan bir dəfəlik çıxarılmalı, kommunikasiyalar açılmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"