Civə alverinin görünməyən tərəfləri
"Hərbi təyinatlı zəhərli maddədir, kütləvi qırğın silahlarında da istifadə edilməsi haqda məlumatlar var"
Vaxtaşırı civə alverçilərinin ələ keçməsinə dair xəbərlər yayılır. Son olaraq 25 iyulda DİN bununla bağlı açıqlama yaydı. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Musavat.com qeyd edir ki, civə ölkə xaricindəki qara bazarda daha baha qiymətə satılır. Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Məlumdur ki, civə satışı qadağan edilmiş maddələr sırasındadır. Civənin son dərəcə zəhərli maddə olduğu bilinir. Bəs bundan cinayətkar qruplar hansı məqsədlə istifadə edir? Ondan bioloji silah, bomba hazırlanırmı? Yoxsa tibbi cihazların istifadəsi üçün hansısa şirkətlər onu qara bazarda ucuz alır? Və ən əsası, cinayətkar qruplar bu qədər emal olunmuş civəni haradan, hansı mənbədən, necə əldə edirlər?
"Azərbaycanda zaman-zaman civə alverçilərinin həbsi baş verir. Bu onu göstərir ki, civə almaq istəyənlər az deyil. Bu bazarın mövcudluğu, alıcıların olması onu deməyə əsas verir ki, civəni tibbi və ya digər məqsədlər üçün istifadə etmək istəyənlər var. Ələ keçən satıcılar bu yöndə ipucları verə bilərlər ki, alıcılar kimlərdir, məqsədləri nədir". Bunu sabiq polis rəisi Mahmud Hacıyev "Yeni Müsavat"a açıqlamasında deyib. Onun sözlərinə görə zəhərli maddə olan civənin alveri qanunla qadağandır və belə maddələrin alverini edənlər Cinayət Məcəlləsinin 240.1-ci - güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilirlər. Bu maddə ilə civə alverçilərini üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Civə strateji əhəmiyyətli məhsul, hərbi təyinatlı maddədir. Çox təhlükəli maddə olan civənin "qara bazarı" mövcuddur. Ötən açıqlamalarımda da demişdim ki, sovet ittifaqı dağılanda hərbçilər müttəfiq respublikalardakı hərbi obyektləri dağıtdılar. Həmin illərdə hərbi hissələrdən digər hərbi təyinatlı mal-materiallarla yanaşı civə də onun bunun əlinə çox keçdi. Hərbi təyinatlı zəhərli maddədir, kütləvi qırğın silahlarında da istifadə edilməsi haqda məlumatlar var. Bu baxımdan zəhərli kimyəvi maddə olan civənin satışı qadağandır"./milli.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2086 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021