"Polis dedi ki, 1000 manat verməlisən, səs yazısı da var" - AÇIQLAMA
Bir müddət öncə Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümündə adı hallanan polis əməkdaşı Etibar Yaqubov haqda daha bir şikayət var.
Sonxeber.az xəbər verir ki, Şəmkir sakini Kamil Abdullayev "Qafqazinfo"ya müraciət edərək iddia edib ki, adıçəkilən polis ondan qanunsuz olaraq 1000 manat tələb edir:
"Rayonda marketim var. İyulun 12-də yasa getdiyim üçün 14 yaşlı bacım oğlunu dükanda nəzarətçi qoydum. Həmin gün marketə bir qadın gəlib və guya oğlan ona söz atıb. Həmin vaxt qonşumuz Kamil Əliyev də orada olub və qadına oğlanın belə bir hərəkət etmədiyini deyərək onu sakitləşdirməyə çalışıb.
Bir gün sonra mən marketdə olanda Etibar və Ruslan adlı polis əməkdaşları gəldilər. Etibar dedi ki, sənin haqda 102-yə şikayət olunub, burada qadına sataşıbsınız. Etibar mənlə qonşum Kamili şöbəyə apardı, orada izahatımda da belə bir hadisə olmadığını qeyd etdim. Sahə müvəkkili Elnurla danışdı, sonra bizə dedilər ki, siz həbs ediləcəksiniz. Etibar dedi ki, "1000 manat sən ver, qonşun Kamil də 500 manat versin, bu söhbət bağlansın".
Şöbənin qarşısına çıxıb 102-yə şikayət etmək istəyirdim ki, həmin qadından zəng gəldi. Dedi ki, "sən elə bilirsən şöbədən canını qurtardın deyə məndən canını qurtara biləcəksən?". Yenidən polis şöbəsinə qayıdaraq Etibar Yaqubova dedim ki, bu qadın mənim buradan çıxdığımı hardan bilir? Bəs deyirsiz qadın 102-yə zəng etmişdi. Etibar dedi, "Elnurun öz telefonuna zəng edib deyib, narahat olma, deyərik bir də səni narahat etməz". Bir gün sonra isə Etibar marketə gəlib yenə də 1000 manatı tələb etdi. Buna dair səs yazısı da var".
K.Abdullayev bildirir ki, Etibar Yaqubovu mərhum iş adamı Arzu Cabbarovun ölüm işi ilə bağlı mediadan tanıyıb: "Onlar mənim də başıma belə bir oyun açdıqları üçün həmin ailəni axtarıb tapdım. Onlardan Etibarla bağlı şikayətlərinin nə yerdə olduğunu soruşdum. O polis həmin hadisədə cəzalandırılsaydı, indi bizə qarşı belə etməzdi".
"Qafqazinfo" K.Abdullayevin iddiaları və redaksiyamıza göndərdiyi səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Xidmətin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
"Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisindəki mağazalardan birinə daxil olarkən Kamil adlı və bir nəfər yetkinlik yaşına çatmayan şəxs onun haqqında nalayiq ifadələr işlədərək gülüb. Bununla bağlı Şəmkir Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb. Hazırda araşdırmalar davam etdirilir. Sözügedən səs yazısı ilə də bağlı müvafiq araşdırma başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq hər iki məsələyə hüquqi qiymət veriləcək".
Xatrladaq ki, Etibar Yaqubovla bağlı daha əvvəlki şikayətdə iş adamı Arzu Cabbarovun həyat yoldaşı iddia etmişdi ki, ərinin ölümündə E.Yaqubovun və digər polis əməkdaşları günahkardır. Qadın ərinin polislər tərəfindən qurulan ssneari əsasında qolunun kəsilərək öldürüldüyünü iddia etmişdi. Daxili İşlər Nazirliyi isə iddianın əsassız və böhtan xarakterli olduğunu, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etmək üçün ailənin ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərdiklərini demişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1353 Tarix: 29 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021