AMEA məlumat yaydı: "Ağ yalandır"
Bu gün bəzi xəbər saytlarında yayılan "AMEA-nın arxivi talanır" başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır.
Nəzərinizə çatdırırıq ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının tarixi, ədəbiyyatı, qədim mədəniyyəti bağlı qədim əlyazmalar, milli keçmişimizi özündə yaşadan unikal tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivi, əski çap kitabları və nadir mətbuat nümunələri xüsusi həssaslıqla qorunur. Son illərdə institutun fondlarında mühafizə olunan materialların, qədim əlyazmaların oxucu ilə təmasını minimuma endirmək üçün əlyazma abidələrinin elektronlaşdırılması işi yüksək səviyyədə təşkil olunub. Fondlarda mühafizə olunan materialların yarıdan çoxu artıq elektronlaşdırılıb və oxuculara elektron qaydada təqdim olunur. Yalnız institut rəhbərliyinin icazəsi və bu işə cavabdeh olan əməkdaşların birbaşa nəzarəti altında əlyazma abidələri və arxiv sənədləri istifadə üçün oxuculara institutun oxu zalında təqdim oluna bilir. İstifadə prosesi isə nəzarət altında həyata keçirilir.
İldə iki dəfə institutun fondlarında mühafizə olunan bütün materiallar, arxiv sənədləri və nadir çap nüsxələri invertarizasiya olunaraq bir-bir tutuşdurulduqdan sonra fond saxlancları dizenfeksiya edilir.
Hazırda da Əlyazmalar İnstitutunun saxlanclarında qorunan bütün materiallar dizenfeksiya edilərək qapadılmışdır. Əlyazmalar İnstitutunun saxlanclarından heç bir sənəd və ya əlyazma nüsxəsinin, əski çap kitabının və nadir mətbuat nümunələrinin çıxarılması qeyri-mümkündür. Çünki materiallar xüsusi qaydada mühafizə altında qorunmaqdadır və mühafizə polisi qorunmanı dünya standartlarına cavab verən şəkildə həyata keçirir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2739 Tarix: 30 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabr"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrPensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri
20 oktyabr