Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
Azərbaycan dünyada koronavirusla mübarizə aparan ölkələrin siyahısında ön sıralardan birində qərarlaşıb.
Bu barədə "Report" bir sıra ölkələrin koronavirusla mübarizə, yoluxma statistikasını qeydə alan təşkilatlarının, səhiyyə qurumlarının siyahılarına, habelə nüfuzlu xəbər agentliklərinə istinadən xəbər verir. Bəzi xarici qeyri-hökumət təşkilatlarının, səhiyyə mərkəzlərinin açıqladıqları statistikalarda Azərbaycanda həm region, həm də ayrı-ayrı ölkələrin COVID-19-dan sağalma statistikasının yüksək olduğu qeyd edilir.
Pandemiya ərzində dünya ölkələrinin koronavirusa yoluxma, ölüm və sağalma ilə bağlı statistikalarını fasiləsiz təqdim edən məşhur "Worldometers" portalının dünya ölkələrinin siyahısında Azərbaycanda 786 682 nəfərin COVID-19-dan sağaldığı qeyd edilir. Siyahıda 77-ci olan Azərbaycan əhali sayına görə, ölkəmizdən bir neçə dəfə kiçik olan Ermənistanı (2, 9 milyon nəfər) bəzi parametrlərə görə üstələyir. Belə ki, bir müddət əvvəl adambaşına yoluxma sayına görə dünyada birinci olmuş Ermənistanda 8 633 nəfər COVID-19-dan ölüb, 412 661 nəfər sağalıb. Bu, əhalisinin sayı az olan ölkədə faiz nisbəti ilə yüksək göstəricidir.
Bir milyon 675 min 265 nəfərin koronavirusa yoluxduğu Gürcüstanda isə 16 854 nəfər (Azərbaycanda 9 748 nəfər) koronavirusun qurbanı olub.
Yeri gəlmişkən, region ölkələrindən Rusiya ən çox yoluxma üzrə siyahıda 9-cu (18 589 221 nəfər), Türkiyə 10-cu (15 889,495), İran 17-cidir (7 391 026).
ABŞ-ın KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən məşhur Cons Hopkins Universitetinin koronavirusun ən çox yayıldığı, təhlükəli ölkələrin siyahısında Azərbaycan 99-cu yerdə qərarlaşıb. Siyahıda Rusiya təhlükəli ölkə baxımından 25-ci, Gürcüstan 64-cü yerdə yer alıb.
Qeyd edək ki, daha əvvəl "Reuters", "Sinxua" da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu xəbər agentlikləri region və digər ölkələrlə müqayisədə Azərbaycanda həyata keçirilən bir sıra tədbirlər nəticəsində koronavirusa yoluxma və ölüm sayının az olduğunu vurğulayıblar.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 859 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabrBakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabr