Müharibə ilə bağlı dezinformasiya yaymağın cəzası nədir?- Hüquqşünasdan AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin yeni məlumat kimi paylaşılır. Bu dezinformasiyanı yaymağın hüquqi cəzası nədir?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən hüquqşünas Hüseyn İsmayılov bildirib ki, yalan məlumatların yayımlanması hər hansı ciddi nəticələrə səbəb olmursa, hüquqi məsuliyyət yaratmır. Lakin dövlətin təhlükəsizlik maraqları, o cümlədən mövzunun həssas olması səbəbindən qeyd edilən yalan məlumatlar ciddi hüquqi məsuliyyətə səbəb ola bilər. Odur ki, sosial şəbəkələrdə bu mövzuda yalan məlumatlar paylaşılmamalıdır:
"Hazırda döyüşlərin getməsinə dair yalan məlumatların yayımlanması hər hansı ciddi nəticələrə səbəb olmursa, hüquqi məsuliyyət yaratmır. Lakin Dövlətin təhlükəsizlik maraqları, o cümlədən mövzunun həssas olması səbəbindən qeyd edilən yalan məlumatlar ciddi hüquqi məsuliyyətə səbəb ola bilər.
Belə olan halda aidiyyəti dövlət qurumları həmin şəxslərə xəbərdarlıq etməli və məlumatı təkzib etməlidir. Aşağıda qeyd edilən nəticələrə səbəb olduqda və qeyd edilən niyyətlə edildikdə isə cinayət məsuliyyətinə səbəb ola bilər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə hazırda tətbiq oluna bilməz, çünki, hazırda Ermənistanla düşmən münasibətdəyik və belə məlumatlar yuxarıda göstərilən nətəcələrə səbəb olmur.
Həmin məcəllənin 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə də hazırda tətbiq oluna bilmir. Çünki yuxarıda qeyd edilən niyyət yoxdur".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezident onları təltif etdi - Siyahı
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı