Heydər Camalın nəvəsi Şuşaya gedəcək
Rusiyanın Azərbaycan əsilli məşhur ilahiyyatçı alimi Heydər Camalın nəvəsi, tanınmış jurnalist Orxan Camalın oğlu Mansur Camal Azərbaycana gəlib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, M.Camal Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qətlə yetirilib. O, rejissor Aleksandr Rastorquev və Kirill Radçenko ilə birlikdə sənədli filmin çəkilişləri zamanı öldürülüb.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdiriləcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu möhtəşəm layihədə 52 ölkəni təmsil edən 116 nəfər iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.
2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi "Cümhuriyyətin 100 illiyi" şüarı altında Şəkidə, "Nəsimi-650" II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1091 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrBakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrZəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru
20 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabr