65 nəfərin diplomu tanınmadı - SƏBƏBİ MARAQLIDIR
İyul ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə hesabat açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sonxeber.az-a bildirilib ki, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 16 gün təşkil edib.
Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1740 Tarix: 02 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabrHərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrBakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabrGəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say
18 oktyabr