Qafqaz Motor-Şou 2022 işini başa vurdu

Qafqaz Motor-Şou 2022 işini başa vurduTəhlükəsizlik, Ekologiya, Zövq. Məhz bu deviz altında 29-31 iyul tarixlərində Qəbələ şəhərində Azərbaycan Avtomobil Dilerləri Asossasiasının (AADA ) ənənəvi "Qafqaz Motor Şou" avtomobil sərgisi təşkil edildi.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə baş tutan "Qafqaz Motor Şou" da ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlərin təqdim etdiyi avtomobil markaları iştirak edirdi. Sərginin ilk günü 29 iyul əsasən iştirakçıların Qəbələyə gəlişi, stendlərin tərtibatı, rəsmi açılış mərasiminə hazırlıq və modellərin sərbəst nümayişinə həsr olundu. Ertəsi gün - 30 iyul olduqca gərgin qrafik əsaslnda keçdi: hadisələr sürətlə cərəyan edirdi. Forumun ilk tədbiri "Təhlükəsizlik , Ekologiya, Zövq" mövzusunda konfrans oldu. Konfransda media nümayəndələri və avtomobil sektorunun rəhbər şəxsləri iştirak edirdi. Ekoloji təmiz avtomobillərin təşviqinin gücləndirliməsi üçün rəsmi avtomobil idxalçıları, media və dövlət qurumları tərəfindən hansı addımlar atılmalıdır? AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyevin giriş sözündən sonra konfrans iştirakçıları bu suala cavab axtardılar, maraqlı təkliflər irəli sürdülər.

Konfrans zalında qızğın müzakirələr davam edərkən, Qəbələ yaxınlığında, Dəmiraparan çayının vadisində sərginin digər iştirakçıları - "Club 4X4" üzvləri inanılmaz "off-road" şousu ilə yerli əhalini və turistləri heyrətləndirə bildilər. Bu klubun sürücüləri insan ayağı dəyməyən yerləri avtomobillə fəth etməyə qadirdilər.

Az sonra daha bir hadisə turistləri yenidən smartfonlarını tuşlayıb, videolar çəkməyə və sosial şəbəkələrdə paylaşmağa vadar etdi. "Vintage Garage" klubunun üzvləri yaşı 60-dan çox olan avtomobilərlə Qəbələ şəhərinin ən populyar otellərinin ərazisində keçən effektli yürüş gerçəkləşdirdilər.

Sərginin açılış mərasimi isə 19:00-da başlandı. AADA sədri Natiq Zərbəliyev qonaqları salamlayaraq motor-şou iştirakçılarını təqdim etdi. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu il iştirakçılaırın sayı daha çox idi: 20 avtomobil markasına mənsub 30 dan çox tam yeni model ziyarətçilərə təqdim edildi. Ən lüks seqmentdə olan avtomobildən büdcə avtobilinə qədər istənilən sinfli avtomobillər sərgiyə gözəllik qatdı. Bu forumda nümayiş etdirilən elektrik və hibrid avtomobillər izləyicilər tərəfindən xüsusi marağa səbəb oldu.

31 iyul səhər saatlarında iştirakçı şirkətlərin nümayəndələri və media işçilərinin qatıldığı kartinq yarışı təşlik edildi. Kompromiissiz mübarizə şəklində keçən yarışın qalibi Cahan Motorsun direktoru Adil Axundov oldu. Daha sonra təşkilarçılar və tərəfdaşların nümayəndələrinin iştirakı ilə daha bir yarış oldu, bu dəfə AADA sədri Natiq Zərbəliyev qalib gəldi.

Sərginin son günü saat 20:00-a qədər avtomobil nümayişləri davam etdi. Daha sonra iştirakçılara xüsusi nominasiyalar üzrə diplomlar və mükafatlar təqdim edildi.

Sərginin rəngarəng keçməsinə "Regional İnkiaşaf İctimai Birliyi"nin üzvlərinində əməyi olub.

Sərgi günlərində iştirakçı şirkətlər və tərəfdaşlar tərəfindən təqdim edilən 300 dən çox hədiyyə xüsusi viktorinalar vasitəsiə ziyarətçilərə təqdim edildi.

"Qafqaz Motor Şou" sərgisini ənənəvi olaraq "Dervish Band" musiqi qrupu müşayyət edirdi. Ritmik musiqi sədaları altında AADA bir sıra media nümayəndəsini avtojurnalistikanın inkişafında xüsusi xidmətlərinə görə diplomlarla təltif etdi. Daha sonra media nümayəndələri üçün xüsusi ziyafət də təşkil edildi.
Qafqaz Motor-Şou 2022 işini başa vurduQafqaz Motor-Şou 2022 işini başa vurduQafqaz Motor-Şou 2022 işini başa vurduQafqaz Motor-Şou 2022 işini başa vurdu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 978   Tarix: 02 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr