Özünü DTX əməkdaşı kimi təqdim edən qadın həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə qarşı dələduzluq edən qadına hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Ağdam sakini Elnarə Həsənova Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (Rüşvət vermə) maddələri ilə təqsirli bilinərək ona 6 il müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Elnarə Həsənova Mingəçevirdə yaşayıb, daha sonra isə Bakıya köçərək paytaxtda restoran işlədib. O, 2020-ci ilin may ayında ona müraciət edən şəxsdən nəvəsi A.Rəşidlini Kürdəmir "ASAN xidmət" mərkəzinə işə düzəldəcəyini bildirərək 7 min manat alıb. Həmin ilin sentyabrında isə Elnarə Bakıda işlətdiyi restoranda ofisiant işləyən şəxsin İrandan Azərbaycana narkotik keçirərkən tutulan qardaşı Elşən Nəzərovun həbsdən azad etdirəcəyi vədi ilə onun ailəsindən 34 min manat pul alıb. Həmin vaxt özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən qadın qarşı tərəfə yüksək vəzifəli şəxslər arasında tanışlarının olduğunu bildirib və E.Nəzərovun üzərindəki maddələri götürdərək onu həbsdən buraxdıracağını bildirib.
Lakin o, xeyli miqdarda pul aldığı şəxslərə verdiyi vədə əməl etməyib. Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnarə Nəzərova Kürdəmir sakinindən aldığı 7 min manatı geri qaytarıb. Digər şəxsdən aldığı pulların böyük hissəsini isə xərclədiyi üçün qaytara bilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1377 Tarix: 02 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrBakıda bu bağçada nöqsanlar AŞKARLANDI
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy
20 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrPensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri
20 oktyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19 oktyabr