Şəmkirdə şok olay: "Bibim oğlu dedi, ananın çılpaq videosunu çəkmişəm" – VİDEO

Şəmkirdə şok olay: "Bibim oğlu dedi, ananın çılpaq videosunu çəkmişəm" – VİDEOŞəmkir rayonunda 1980-ci il təvəllüdlü Aydın münaqişə zamanı 1995-ci il təvəllüdlü bibisi oğlu Vəlini (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az xəbər verir ki, 16 yanvar 2021-ci ildə saat 19 radələrində Aydına bibisi oğlu Vəli təxminən 1 il əvvəl onun anası Səbinənin hamamda çimərkən çəkdiyi videonu göstərib.

Aydının 10 min manat verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkələrdə yayaraq onu və ailə üzvlərini rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlib.

Bundan əsəbləşən Aydın bibisi oğlu Vəlini öldürmək qərarına gəlib.

Bu məqsədlə yanvarın 21-də saat 20 radələrində Vəlini tələb etdiyi pulu vermək adı ilə "Təzə Məhəllə" adlandırılan, qəbiristanlığa birləşən yolun qurtaracaq hissəsinə gətirib.

O, Vəlini ov tüfəngi ilə vurub. Yaralı aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın qəsdən adam öldürmə ittihamını qəbul etməyib.

Aydın bildirib ki, qətlə yetirdiyi Vəli onun doğma bibisi oğludur: "Hadisədən təxminən 1 il əvvəl anam yaşadığımız evin həyətində çimərkən bibim oğlu onun çılpaq videosunu çəkmişdi. Həmin vaxt evimizdə heç kəs olmayıb. Bu barədə daha sonra söhbət əsnasında Vəli mənə bildirdi. Vəli istifadəsində olan mobil telefondan mənə zəng edərək Şəmkir rayonu, Qədimqala kəndindən rayon mərkəzinə getməyi xahiş etdi. Mən də razılıq verdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 16-da saat 19 radələrində idarə etdiyi avtomobillə bibisi oğlu Vəlini yaşadığı Qədimqala kəndindən götürüb: "Yolda Vəli söhbət açaraq anamın çılpaq videosunu çəkdiyini bildirdi. Həmin videonun silinməsi üçün 10.000 manat pul istədi.

Doğma bibim oğlunun belə bir hərəkətə yol verməyəcəyini düşünərək əvvəl inanmadım. Lakin Vəli təkidlə yenidən pul tələb etdi və anamın çılpaq şəkildə çimdiyi zaman çəkdiyi videosunu mənə göstərdi. Vəli 10.000 manat ödəməyəcəyim halda həmin videonu sosial şəbəkələrdə paylaşacağını bildirdi. Vəlinin xarakterinə bələd olduğumdan həmin pulu ödəyəcəyimi dedim və videonu yaymamağı xahiş etdim".

Aydın qeyd edib ki, aralarında olan söhbət Şəmkir rayonunda "Dördyol" deyilən ərazidə baş verib:

"Bundan sonra bibim oğlu israrla zəng edərək pulu nə zaman verəcəyimi soruşdu. Hədə-qorxu gələrək videonu yayacağını bir daha bildirdi. Vəlinin tələbi ilə yanvarın 21-də saat 20 radələrində onu yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində olan evindən götürdüm. Tələb etdiyi pulu hazırlayaraq verəcəyimi bildirdim. Vəlini Qədimqala kənd qəbirstanlığının yaxınlığına apardım.

Həmin qəbiristanlıq mənim evimdən 200 metr məsafədə yerləşdiyindən Vəliyə avtomobildə gözləməsini və pulu evdən götürəcəyimi bilditrdim".

Aydın bildirib ki, yaşadığı evin zirzəmisindən babasıdan miras qalmış qoşalülə ov tüfəngini götürüb: "Tüfəngi gödəkçəmin altında gizlətdim və evdən çıxaraq Vəliyə tərəf gəldim. Özümlə əlavə 6 patron da götürmüşdüm. Vəliyə yaxınlaşdım, təxminən 7 metr məsafədə gödəkçəmdə olan silahı çıxartdım, qorxutmaq məqsədilə Vəlinin başının üstündən atəş açdım. Məqsədim Vəlini öldürmək yox, videonu sildirə bilməyim üçün onu qorxutmaq olub".

Aydının ifadəsinə görə, həmin vaxt ətrafda heç kəs olmayıb və silahın istiqaməti qəbristanlığa tərəf olub: "Atəş açdıqda Vəli huşsuz vəziyyətdə yerə yıxıldı. Bibim oğluna tərəf getmədən könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olmaq məqsədilə avtomobillə Şəmkir rayon polis şöbəsinə getdim".

Cinayət işi üzrə zərətrçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anası Fatmanın sözlərinə görə, Vəli onun tək övladı olub: "Onunla Qədimqala kəndində birlikdə yaşamışıq. Yanvarın 21-də oğlum qonşulardan supulu yığmaq üçün evdən çıxdı. Mən evdə televizora baxırdım. Vəlinin evdən çıxmasından təxminən 10 dəqiqə sonra güllə səsi eşitdim. Bir anlıq həyəcanlandım və nə baş verdiyini öyrənmək üçün evin qapısına tərəf getdim. Bu zaman səs-küyün artdığını və qonşuların məni səslədiyini eşidərək çölə qaçdım.

Qonşumuz Əlinin oğlu mənə tərəf gəldi və oğlum Vəlinin vurulduğunu dedi. Hadisənin harada və necə baş verdiyini soruşdum. Əlinin oğlu hadisənin baş verdiyi yeri dedi, lakin hadisəni törədən şəxsi görmədiyini bildirdi.

Qaçaraq oğlumun uzanıqlı vəziyyətdə olan meyitinin üzərinə sərildim. Əlindən tutaraq onu qaldırmağa cəhd etsəm də, artıq öldüyünü dərk etdim. Ətrafa xeyli sayda adamlar, o cümlədən, qonşular və Şəmkir rayon polis şöbəsinin əməkdaşları toplaşmışdılar".

Fatma ifadəsinin sonunda qeyd edib ki, oğlu Vəlini silahla öldürən şəxs qardaşı oğludur. Onun sözlərinə görə, Aydının oğlunu nə səbəbə öldürməsini bilməyib. O, qardaşı oğluna qarşı şikayəti olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Aydın apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.

Bundan sonra Aydının müdafiəçisi kasasiya şikayəti verib. Onun kasassiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Kasasiya şikayətinə nə vaxt baxılacağı isə hələki məlum deyil.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3192   Tarix: 02 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...

Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri

20 oktyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr