Telefonunuzda bütün özəl məlumatları gizlədə biləcəksiniz
Telefonun təmirə verilməsi hər zaman konfidensial məlumatların ortaya çıxması riski ilə müşaiyət edilir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, buna görə də telefonun təmirə verilməsindən öncə istifadəçilərə telefon yaddaşında olan özəl fotoların və digər faylların silinməsi məsləhət görülür. Əks halda həmin konfidensial fayllar təmirçi tərəfindən əldə edilə və ya ümumiyyətlə internetə sızdırıla bilər. Samsung şirkəti öz növbəsində fərdi smartfonlarında bu problemi həll etmək qərarına gəlib. Belə ki, onun istehsalı olan smartfonlarda Repair Mode adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya istifadəçinin konfidensial fayllarının gizlədilməsini mümkün edəcək. Beləliklə isitifadəçi öz smartfonunu təmirə verməmişdən öncə ayarlarda Repair Mode funksiyasını aktivləşdirə bilər.
Bu funksiya aktivləşdiriləndən sonra smartfon yenidən işə düşəcək və nəticədə istifadəçinin bütün özəl məlumatları və aktual olan istifadəçi hesabları avtomatik olaraq gizlədiləcək. Bu halda smartfonda yalnız standart sistem və qutudan olan digər tətbiqlər qalacaqlar. Təmirdən sonra smartfondakı konfidensial məlumatları geri qaytarmaq üçün isə istifadəçi sadəcə olaraq ayarlara daxil olub Repair Mode funksiyasını deaktiv etməli və barmaq izi skanı və ya qrafik açarın daxil edilməsi vasitəsilə autentifikasiya prosesindən keçməli olacaq.
Beləliklə daha öncə avtomatik olaraq gizlədilmiş bütün özəl məlumatlar və fayllar bu proses nəticəsində geri qayıdacaqlar. Təəssüflər olsun ki, bu funksiya eyni vaxtda bütün Samsung smartfonlarında və regionlarda istifadəyə verilməyəcək. Samsung sözügedən funksiyanın istifadəsinə Galaxy S21 seriyasında start verməyi planlaşdırır. Repair Mode adlı funksiya One UI istifadəçi interfeysinin növbəti böyük yenilənməsi çərçivəsində Koreyadakı istifadəçilər üçün aktiv olacaq. Daha sonra bu funksiyanın digər Samsung smartfonlarında və regionlarda da istifadəyə veriləcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 888 Tarix: 02 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçimiz ürəyindən əməliyyat olundu - Video
Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman
19 oktyabrBakıda bu bağçada nöqsanlar AŞKARLANDI
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy
20 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrPensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri
20 oktyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
19 oktyabr