Dünyanı qarışdıran 82 yaşlı Nensi Pelosinin siyasi oyunları

Dünyanı qarışdıran 82 yaşlı Nensi Pelosinin siyasi oyunlarıDünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən danışır.

"Report" xəbər verir ki, regionda səfəröncəsi artan hərbi fəaliyyət, eləcə də hədələr dünyanı narahat edərkən, gözlər Asiyaya və Pelosiyə çevrilib. Dünya ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə başlayıb.

"Amerika nümayəndə heyəti adanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləmək üçün Tayvana gəldi", - ABŞ Nümayəndələr Palatasının spikeri Tayvan lideri Say İnvenlə görüşdə deyib.

"Amerikanın Tayvanla həmrəyliyi indi həmişəkindən daha vacibdir" - deyə Pelosi, "Birləşmiş Ştatların Tayvanda və dünyanın qalan hissəsində demokratiyanı qorumaq əzmi sarsılmaz olaraq qaldığını" iddia edib.

"Liderliyinizə görə sizə təşəkkür edirik. Biz istəyirik ki, dünya bunu tanısın", - o həmçinin vurğulayıb.

Pelosi hətta parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə çağırıb.

"Müharibə olacaqmı?" sualları hər kəsi düşündürərkən, Pelosi dünyanın ən çox danışılan siyasətçisidir.

Xatırladaq ki, birdən-birə dünya gündəminin bir nömrəli adına çevrilən Pelosi daha əvvəl də hadisələrlə gündəmə gəlib. Pelosi ABŞ-da tez-tez müxtəlif qalmaqallarla gündəmə gələn siyasi fiqurdur. Xüsusən ABŞ Prezidenti Cozef Bayden və sabiq dövlət başçısı Donald Trampla bağlı baş verənlər son zamanlar sosial mediada ən uzun müzakirə mövzularından birinə çevrilib.

Hələ Tramp ABŞ Prezidenti olduğu müddətdə onunla Pelosi arasında müxtəlif gərginliklər yaşanıb. Xüsusən, iki şəxs tez-tez "Meksika ilə sərhəd divarı" müzakirələrində qarşı qarşıya gəlirdi. İki siyasətçi arasındakı gərginliyin sosial mediaya da daşındığı və çox danışıldığı qalmaqal Trampın çıxışından sonra baş verib.

Tramp "qisas siyasətindən əl çəkməyə" çağıran çıxışını bitirdikdən sonra Pelosinin ayağa qalxaraq ABŞ Prezidentini alqışladığı, lakin bunu edərkən istehzalı mimikada olması diqqətdən yayınmayıb. Bu davranış kinayə kimi şərh edilib və ABŞ-da uzun müddət müzakirə edilib. Çoxları "necə alqışladı?" sualını verərək, Pelosinin davranışının təhqiramiz olduğu iddia edirdi.

Pelosi ABŞ-da Donald Tramp tərəfdarlarının Konqresin binasına hücumu zamanında da gündəm olub. Konqresdə keçirilən reyd zamanı Pelosinin otağının qapısı sındırılıb və onun noutbukunun oğurlandığı iddia edilib.

Pelosinin son vaxtlar ABŞ Prezidenti Cozef Baydenin çıxışı zamanı etdiyi onun arxasında dayanaraq sərgilədiyi hərəkətlərlə də sosial mediada gündəm olub.

Sözügedən çıxış Baydenin Rusiyanın Ukraynaya hücumlarından sonra ilk nitqi idi. Baydenin çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt ifadələri ilə bir vaxtda Pelosinin rəftarları da diqqət çəkib. Pelosi Bayden Amerika əsgərlərinin döyüş meydanında üzləşdiyi təhlükəli vəziyyətlərdən danışarkən qəribə jestlər edib.

Pelosinin barmaqlarını sıxması, ovuşdurması, yumruqları, ayağa qalxaraq əl çalması nəzərləri cəlb edib. Hadisədən sonra edilən şərhlərdə Pelosinin Baydeni dinləmədiyi və yalnız alqışladığı qeyd olunub. Hadisə "bu nə reaksiyadır?" suallarına yol açıb.

Bütün bunlarla yanaşı, Nensi Pelosi terrorçuluğa qarşı mübarizə apardığını dəfələrlə bəyan edən ABŞ-ın həm hazırkı, həm də əvvəlki hökuməti zamanı Ermənistana, xüsusən erməni terrorçularına açıq dəstəyi ilə seçilib. Pelosinin açıq ermənipərəst mövqeyi təkcə Azərbaycanda deyil, ABŞ-da da narazılıqla qarşılanıb.

Yeri gəlmişkən, mayın sonlarında Nensi Pelosinin əri Paul Pelosi spirtli içkinin təsiri altında avtomobil idarə etməsi iddiası ilə saxlanılıb. 82 yaşlı Paul Pelosi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib, onun qanında spirtin miqdarı normadan artıq olduğu üçün həbsxanaya göndərilib.

Mayın 30-da yerli vaxtla saat 23:44 radələrində saxlanılan P. Pelosinin bazar günü səhər saat 07:26-da sərbəst buraxıldığı bildirilib. Pelosinin iki ittiham üzrə girovu 5 000 dollar olaraq təyin edilib.

Nensi Pelosi spiker kimi iştirak etdiyi mərasimdə ərinin həbsi ilə bağlı danışmaqdan imtina edib. Pelosinin sözçüsü Dryu Hammill "spiker bu xüsusi məsələni şərh etməyəcək", - deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1188   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb

Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə

19 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

Kim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər

20 oktyabr
.

Reuters: "Trampın seçkilərdə mövqeyinin zəifləməsi ABŞ-ın müttəfiqlərinə yeni imkanlar yarada bilər"

ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının xarici siyasətinə təsir göstərə bilər. Reuters-ə istinadən xəbər verir ki, Avropa ölkələri, Kanada və Şərqi Asiyadakı ABŞ müttəfiqləri Ukraynanın müdafiəsi, NATO, ticarət münasibətlər

19 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Polşa Ukraynanın qərbindəki hücumlardan sonra hava hücumundan müdafiə sistemlərini gücləndirir

Polşa Rusiyanın Ukraynaya hücumlarından sonra yenidən hava hücumundan müdafiə sistemlərini aktivləşdirib. Sky News-a istinadən xəbər verir ki, Varşava qərbi Ukraynaya hücumlar zamanı hava hücumundan müdafiə sistemlərini tez-tez gücləndirir və Rusiya və naməlum dronların NATO ölkələrinə hücumları getdikc

20 oktyabr