"Bütün dünya Azərbaycanın sülh niyyətindən xəbərdardır"-Bəhruz Məhərrəmov

"Bütün dünya Azərbaycanın sülh niyyətindən xəbərdardır"-Bəhruz Məhərrəmov"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın istiqamətində Azərbaycan Ordusu bölmələrini atəşə tutması, bir əsgərimizin şəhid olması təəssüf və hiddət doğurur. Xatırlayırsınızsa, bir müddət öncə Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı xəbərdarlıq etmişdi ki, "Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Ancaq biz mənfi meylləri görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın." Bu çox geniş spektorlu bir xəbərdarlıq idi və yalnız Ermənistana yönəlməmişdi".

Bunu Sonxeber.az saytına olan açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, separatçılar da, Ermənistan da , Rusiya sülhməramlıları da bu xəbərdarlıqdan dərs çıxarmalı idi.
"Bütün dünya Azərbaycanın sülh niyyətindən xəbərdardır"-Bəhruz Məhərrəmov"Müşavirədə cənab İlham Əliyevin dediyi kimi, artıq hər kəs başa düşməlidir ki, "Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!". İndi yeni təxribatların və bir hərbçimizin şəhadəti fonunda başa düşsünlər ki, bağlanmış Qarabağ mövzusu açılmayacaq, Ermənistan təxribatları davam edərsə biz artıq yeni mövzuları, Qərbi Zəngəzur, Göyçə və İrəvan mövzularını açmalı olacağıq. Buna gücümüz də, imkanımız da, nüfuzumuz da artıqlaması ilə yetər. Bütün dünya Azərbaycanın sülh niyyətindən xəbərdardır və hətta 2 ay öncə Bayden də məktubunda, qısa müddət əvvəl isə Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken telefon söhbətində Prezident İlham Əliyevin sülh və təhlükəsizliyə yönəli səylər yüksək qiymətləndirmişdilər. Bu mənada, əgər Dəmir yumruq dövriyyəyə girərsə, bu BMT nizamnaməsi başda olmaqla Beynəlxalq hüquqla bizim özünümüdafiə hüququmuz olmaqla Ermənistanın sonunu gətirəcək. Separatçılara gəlincə, Azərbaycanın daxilində baş qaldıran separatizmlə mübarizə, antoterror əməliyyatları bizim təbii haqqımızdır və ümumiyyətlə beynəlxalq hüququn mövzusu deyil. Qarabağdakı yolunu azmış erməni vətəndaşlarımız isə prezident İlham Əliyevin onlara verdiyi tarixi şansdan maksimum yararlanmalı, Azərbaycan xalqının digər nümayəndələri ilə birlikdə inkişaf və tərəqqinin bir hissəsi olmağa çalışmalıdırlar.
Bir daha şəhid olan hərbçimizə rəhmət, onun ailəsinə və yaxınlarına səbir diləyir və bildirmək istəyirəm ki, bu gün Laçın rayonu istiqamətində ordumuzun gördüyü müvafiq tədbirlərlə Anar Kazımovun qisası dərhal və misli ilə alınıb. Əməliyyat şəraitinə istisnasız olaraq Azərbaycan hərbçiləri nəzarət edir və ordumuz Müzəffər Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2302   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18 oktyabr
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr