"Onlar hər təxribatlarında "Dəmir yumruğu" öz başlarında hiss edəcəklər" - Deputat

"Onlar hər təxribatlarında "Dəmir yumruğu" öz başlarında hiss edəcəklər" - DeputatXəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü, səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Azərbaycan ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı "Qisas" əməliyyatı keçirib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, terrorçu erməni dəstələri avqustun 3-də bir daha "Dəmir yumuruğu" öz başları üzərində hiss etdi:

"Ermənistan tərəfi yenə də imzalanan müqavilələrə və götürdüyü öhdəliyə qarşı çıxaraq, bir daha sübut etdi ki, onlara inanmaq olmaz. Onlara dəfələrlə xəbərdarlıq etsək də, təxribatlarına davam etdilər. Qanunsuz erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində avqustun 3-də əsgərimiz şəhid oldu. Amma Azərbaycanın igid oğulları yenə də şəhidinin qanını yerdə qoymadı və terrorçulara odla oynamağın bədəlini ağır ödətdi. Dünən, hər bir vətəndaş kimi, mən də o görüntüləri fəxr və qürurla izlədim. Ümid edirəm ki, dünənki "Qisas" adlı antiterror əməliyyatından Qarabağdakı qanunsuz erməni birləşmələri nəticə çıxarar və ərazilərimizi tərk edərlər.

Ümumiyyətlə, Ermənistan rəhbərliyi anlamalıdır ki, artıq Azərbaycan 90-cı illərin əvvəlindəki gücsüz dövlət deyil. Biz bunu 44 günlük Vətən müharibəsində də sübut etdik. Onların ayaqyalın doğma yurdlarından qovduqları körpələr tank belində öz evlərinə geri qayıtdılar. Əlbəttə, bütün bunlara görə cənab Prezident İlham Əliyevə borcluyuq. Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilir. Ali Baş Komandan İlham Əliyevin dövlət rəhbəri seçildiyi gündən apardığı siyasət məhz torpaqlarımızın öz gücümüzə azad edilməsinə hesablanmışdı. Nəticə də göz qabağındadır və düşmən yenə də biabır oldu".

Deputat qeyd edib ki, Ermənistan təxribatlarına davam edərsə, bu onun ölkə kimi dünya xəritəsindən silinməsinə gətirib çıxaracaq:

"Hazırda Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozur. İndiyə qədər bütün hərbi-siyasi və silahlı sabotajların qarşısını alan Azərbaycan Ordusu növbəti dəfə terrorçu-təxribatçılara layiqli cavab verdi. Ermənistanın Üçtərəfli Bəyanatın bütün müddəalarına tam, vaxtında və qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur. Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək, heç bir halda güzəştə getməyəcək və zəruri addımlar atacaq.

Bundan sonra da terrorçu dəstələri Qarabağda törədəcəkləri hər bir təxribatın cavabını ağır alacaqlar. Onlar hər təxribatlarında "Dəmir yumruğu" öz başlarında hiss edəcəklər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarix yazmağa davam edir və qələbələri ilə xalqımızı sevindirir.

Dünən şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçumuz, əsgər Anar Kazımova Allahdan rəhmət, ailəsinə səbir diləyirəm".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1718   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli deyil, Avropa miqyasında strateji əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri cənab Ciorcia Meloni arasında Bakıda keçirilmiş görüş Azərbaycan-İtaliya münasibətlərinin mahiyyətini, prioritet istiqamətlərini və regional kontekstdə əhəmiyyətini əhatə edən geniş və rəsmi xarakterl

5 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

ll kurs tələbəsi futbol oynayarkən öldü

Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlu oyun zamanı epilepsiya tutması keçirib. İlkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Sumqayı

5 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

Gələn ay 10 gün iş olmayacaq

İyun ayında 10 gün iş olmayacaq. Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixlər

5 may
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 08:45-də baş verən, 3.7 maqnitudalı yeraltı təkanların episentri 19 km dərinlikdə olub

5 may
.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

4 may
.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi də yüksəkdir" - Orxan Məmmədov

"Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük iqtisadi potensiala malikdir və aqrar sektorun inkişafı üçün yeni imkanlar açır". xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakı Eksp

5 may
.

Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. xəbər verir ki, mayın 8-nə qədər davam edəcək sərgilərdə 45 ölkədəm 447 şirkət iştirak edir. Sərgiləri

4 may