"ƏDV geri al"da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək? - FOTO

"ƏDV geri al"da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək? - FOTOBakıda bir sıra mağaza sahibləri vətəndaşları aldadırlar.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunur ki, paytaxtın mərkəzindəki bəzi marketlər köhnə nəsil kassa aparatlarından istifadə etməklə üzərində QR-kod olmayan çekləri vətəndaşlara təqdim edirlər. Belə çeklərlə isə "ƏDV geri al" layihəsindən yararlanmaq mümkün olmur.
"ƏDV geri al"da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək? - FOTOVətəndaşlar sual edirlər ki, belə olan halda qanunla bu kimi sahibkarları hansı cəzalar gözləyir?

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, "ƏDV geri al" layihəsi təkcə iqtisadiyyatın ağardılması yox, eyni zamanda nağdsız ödənişlərin stimullaşdırılması məqsədi güdürdü:
"ƏDV geri al"da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək? - FOTO"Nəticə etibarilə bu gün biz onun effektini görməyə başlayırıq. Hazırda nağd ödənişlər üzrə ƏDV-nin 10 faizi geri qayıdırsa, nağdsız ödənişlərdə bu, 15 faizdir. Bu da təbii olaraq ödənişləri nağdsız olaraq həyata keçirməyə maraq yaradır. Yeni nəsil kassa aparatlarının çeklərində ödənişlər həyata keçirilən zaman avtomatik olaraq "ƏDV geri al" üçün həm ID-kod, həm də QR-kod çeklərin üzərində olur.

Bir müddət öncə Dövlət Vergi Xidmətindən də yeni nəsil kassa aparatlarının ilin sonuna qədər bütün respublikanı əhatə edəcəyi ilə bağlı bir açıqlama verildi. Yeni nəsil aparatlardan istifadə edən obyektlərin sayı da artmaqdadır. Məsələn, 2022-ci ilin ilk dörd ayında yeni nəsil kassa aparatları ilə olan dövriyyə 6,1 milyard manat təşkil edib. Hazırda iki milyondan çox istehlakçı "ƏDV geri al" sistemində qeydiyyatdan keçib və onların sayı getdikcə artmaqdadır".

E.Əmirov vurğulayıb ki, təxminən 680 min kassa çeki verilib və bu kassa çeki ilə 2022-ci ilin mayın 1-nə qədər olan dövrdə 230 milyon manatdan çox ƏDV geri qaytarılıb:

"Göründüyü kimi, ciddi şəkildə artım var. Lakin müəyyən hallarda vətəndaşların ƏDV çeklərini ala bilməmələri ilə bağlı şikayətlər olur. Bununla əlaqədar şikayətləri Vergi Xidmətinə ünvanlamaq olar. Həm də aidiyyəti orqanların bu istiqamətdə nəzarəti daha da gücləndirməsinə ehtiyac var. Fikrimcə, bütün satış obyektlərinin ilin sonuna qədər yeni nəsil kassa aparatları ilə təmin olunması və istifadəsinə nəzarət olunmasından sonra bu problem də öz həllini tapacaq".

Problemlə bağlı Oxu-Az-a danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, satıcılar nəzərə almalıdırlar ki, nağd və ya POS-terminalla alış-veriş zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər:
"ƏDV geri al"da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək? - FOTO"Kassa çeki isə özlüyündə ƏDV-nin geri qaytarıldığı mallar üçün nəzərdə tutulmalıdır. ƏDV fiskal kodu olması gərəkdiyi halda bundan kənar çek vermək əsassızdır və bu, nəzarət-kassa aparatları olmadan əhaliyə xidmət anlamına gəlir.

Şəxsə, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ƏDV fiskal kodu olduğu halda ƏDV təqdim edilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bunlar isə Vergilər Məcəlləsi ilə tənzimlənir".

Qeyd edək ki, nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ƏDV faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ƏDV qaytarılacaq. Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb.

Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

Yeni qaydalar qüvvəyə minərsə, nağdsız ödəniş zamanı alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ƏDV ala biləcək (hazırda 2.28 AZN-dir). Nağd ödənişlər zamanı isə 100 manatlıq alışda cəmi 76 qəpik qaytarılacaq (hazırda 1.52 AZN-dir).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1796   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18 oktyabr
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr