Çimərliyə gedən xanımları təhqir edən din xadimi prokurorluğa ÇAĞIRILDI
Müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir. Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir.
Baş Prokurorluqdan Sonxeber.az-a verilən məlumata görə, aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadələr işlədib.
Bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.
Bununla da "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub. Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.
Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir.
Qeyd edək ki, Təyyar Hüseynli çimərliyə gedən xanımları təhqir edərək, müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5088 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərin maaşı artırılır
Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə verilən ödənişlərin məbləğinin artırılması təklif olunur. xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilə
9 martABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib. "Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social"da yazıb. "İran qonşular
7 martSabah Bakıda hava yağmursuz keçəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, 9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şər
9 martYollarda görünüş 300 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında martın 9-da müşahidə ediləcək vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, martın 9-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədə
8 martBu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir. Bu il ilk Qədr gecəsi ramazan ayının 18-dən 19-na, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzind
8 mart8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu tarix Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub. Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb
8 martBayram Beqay Prezident İlham Əliyevə zəng etdi
Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasın
7 mart