"Mehdi xidmətçiləri" kimlərdir? - FOTO

"Mehdi xidmətçiləri" kimlərdir? - FOTODünən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi ekstremist dini ünsürlərin hücumuna məruz qaldı.

Azərbaycan cəmiyyəti bu hadisəni həyəcan və hiddətlə qarşıladı. Eyni zamanda səfirliyə soxulub vandalizm aktları törədən bu qruplaşmanın kimliyi və məqsədləri də suallar doğurdu.

Tezliklə hadisənin "Mehdi xidmətçiləri" ("Xuddam əl-Mehdi") adlı təşkilat tərəfindən törədildiyi bəlli oldu.

Bu təşkilat Azərbaycan ictimaiyyətinin az-çox məlumatlı olduğu radikal dini qruplar sırasında yer almadığından, onun barəsində müəyyən bilgilərin verilməsini zəruri sayırıq.

"Mehdi xidmətçiləri" birliyi 2004-cü ildə Londonda əslən Küveytdən olan din xadimi və yazar Yasir əl-Həbib tərəfindən yaradılıb. Geniş maliyyə imkanlarına malik təşkilatın ixtiyarında "Fədək TV" adlı peyk televiziya kanalı da vardır. Radikal şiə qruplaşması kimi tanınan bu təşkilat islamın tarixi və müasir durumu ilə bağlı bir çox məsələlərdə ifrat mövqeyinə görə nəinki sünni məzhəbindən olan cərəyanlarla, eləcə də bir çox şiə məktəbləri ilə ciddi münaqişə içərisindədir. Bu da ilk növbədə onun qurucusu Yasir əl-Həbibin şəxsiyyəti və fikirlərindən qaynaqlanır.

1979-cu ildə Küveytdə anadan olmuş əl-Həbib Küveyt Universiteti nəzdində siyasi elmlər kollecində təhsil alıb. Daha sonra dini təhsil almaq məqsədilə İrana – Qum şəhərinə yollanıb və orada Ayətullah Məhəmməd Rza Hüseyni Şirazidən dərs alıb. Bu fakt onun məşhur şiə müctəhidləri nəsli olan, Kərbəlada və Qumda yaşayan Şirazilər ailəsi ilə yaxınlaşmasına səbəb olub. Sonradan Yasir əl-Həbib həmin nəslin nümayəndəsi olan və hazırda Britaniyada yaşayan Ayətullah Seyid Müctəba Hüseyni Şirazinin qızı ilə evlənib.

Qeyd edək ki, Şirazilər nəslinə mənsub müctəhidlərin, o cümlədən, hazırda bu sülalənin ən görkəmli nümayəndəsi sayılan Ayətullahül-üzma Seyid Sadiq Hüseyni Şirazinin Qumda yaşamasına rəğmən, İran dini rəhbərliyi ilə ciddi ideoloji ixtilafları vardır. Yasir əl-Həbib də rəsmi Tehranın dini baxışlarının kəskin əleyhdarı kimi tanınır.

Qumda təhsilini başa vurub Küveytə qayıdan əl-Həbib hələ yeniyetməlik vaxtlarından mətbuat sahəsində çalışıb, o cümlədən "Əl-Minbər" adlı jurnal nəşr edib. Eyni zamanda o, dini mövzularda publika qarşısında çıxışları ilə diqqəti cəlb edib və bir sıra qalmaqallar yaşayıb. Erkən islam tarixinə, o cümlədən ilk xəlifələrə dair fikirləri Küveyt sünniləri arasında böyük etirazla qarşılanıb və sonda 2003-cü ildə onun həbs edilməsi ilə nəticələnib. On il müddətinə həbs cəzası alsa da, bir il sonra o, Küveytin Milli Bayramı münasibətilə amnistiya aktı əsasında azadlığa çıxıb. Lakin artıq Küveytdə qalıb işləməyin çətin olduğunu görüb əvvəlcə İraqa, sonra isə İrana gedib, nəhayət, Böyük Britaniyada siyasi sığınacaq alıb. Londonda əvvəlki məzmunda radikal çıxışları onun Küveyt hökuməti tərəfindən İnterpola verilməsinə səbəb olub, rədd cavabı alındıqda isə əl-Həbib Küveyt vətəndaşlığından məhrum edilib.

Ölkəsi ilə əlaqələri kəsilsə də, Yasir əl-Həbib radikal xarakterli dini fəaliyyətini davam etdirib, o cümlədən, hələ Küveytdə olarkən yaratdığı "Mehdi xidmətçiləri" adlı qurumu bərpa edib, İraqda onun nümayəndəliyini açıb. 2013-cü ildə təşkilat Bakinqemşir bölgəsində keçmiş kilsə ərazisini 1,2 milyon funt sterlinqə alaraq, orada Əl-Mühasin adlı məscid tikib.

Çoxsaylı çıxışları ilə yanaşı, Yasir əl-Həbib bir sıra kitabların və filmlərin müəllifidir. Onun ssenarisi əsasında çəkilmiş və Məhəmməd peyğəmbərin qızı Fatimənin həyatından bəhs edən "Behişt xanımı" ("The Lady of Heaven") filmi böyük səs-küy doğurub.

Qeyd edək ki, Azərbaycan səfirliyinə hücum "Mehdi xidmətçiləri"nin bu tipli ilk əməli deyildir.

2018-ci ilin mart ayında qurumun üzvləri təqribən eyni şəkildə İran İslam Respublikasının Londondakı səfirliyinə hücum etmiş və üç saat ərzində səfirlik binasını nəzarətdə saxlamışdılar. Onlar Tehranda həbs edilmiş Seyid Hüseyn Şirazinin (yuxarıda adı çəkilən Seyid Sadiq Hüseyni Şirazinin oğlu və ofisinin rəhbəri) azad olunmasını tələb edirdilər./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1367   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

18 oktyabr
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarında

20 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy

19 oktyabr