Türkiyə və Rusiya prezidentlərinin görüşünün yekunları üzrə birgə bəyanat qəbul edilib - YENİLƏNİB + VİDEO
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra birgə bəyanat qəbul edilib.
Danışıqların yekunlarına dair bəyanatda mövcud regional və qlobal çağırışlara baxmayaraq, liderlərin Rusiya-Türkiyə münasibətlərini hörmət, qarşılıqlı maraqların tanınması və beynəlxalq öhdəliklərə uyğun olaraq daha da inkişaf etdirmək üçün ümumi iradələrini bir daha təsdiq etdikləri bildirilib.
Həmçinin qeyd edlib ki, ikitərəfli ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq, iqtisadiyyat və enerji sahələrində əks tərəfin gözləntilərini qarşılamaq, nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir ki, hər iki ölkənin gündəmində olan məsələlər üzrə əməkdaşlığı artırmaq üçün konkret addımların atılması barədə razılıq əldə olunub.
Liderlər regional və beynəlxalq sabitliyə nail olmaq üçün Rusiya ilə Türkiyə arasında səmimi və etibarlı münasibətlərin əhəmiyyətini vurğulayıblar.
Bu kontekstdə dövlət başçıları Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına dair təşəbbüsün reallaşdırılmasında iki ölkə arasındakı konstruktiv əlaqələrin mühüm rolunu etiraf ediblər.
Bəyanata əsasən, danışıqlarda qaldırılan məsələlər arasında Suriyadakı son hadisələr də olub. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər.
Görüş zamanı Liviyanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiqlik də bəyan edilib.
Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının Türkiyədə keçirilməsi barədə razılığa gəliblər./Oxu.az
21:16
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər.
Bu barədə cümə günü jurnalistlərə baş nazirin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarını şərh edərkən bildirib.
"Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla qəbul edəcəyik", - deyə Novak bildirib.
20:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı görüş dörd saatdan bir qədər çox davam edib.
Bunu Rusiya dövlət başçısının köməkçisi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Soçidə baş tutan danışıqlar artıq başa çatıb.
16:41
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşmək üçün Soçi şəhərinə səfər edib.
Ərdoğanın təyyarəsi yerli vaxtla saat 13:00-da Atatürk Hava Limanından havaya qalxıb. Səfərdə Türkiyə prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və MİT sədri Hakan Fidan müşayiət edib.
Türkiyə lideri Soçi hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanıb.
Bu dəqiqələrdə isə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir. /Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın