İsrail Fələstinə hücum edib- 5 yaşlı uşaq da daxil 10 mülki şəxs ölüb
İsrail ordusu Fələstinin mühasirədə olan Qəzza şəhərinə hava zərbəsi endirib. Nəticədə beş yaşlı uşaq da daxil olmaqla on nəfər ölüb, 55 nəfər yaralanıb.
Sonxeber.az Middle East Monitor-a istinadən xəbər verir ki, ölənlərdən birinin İslami Cihad Əl-Qüds Briqadalarının komandiri Taysir Əl-Cəbəri olduğu bildirilir.
Əl-Cəbəri Qəzza şəhərinin mərkəzində yerləşən Fələstin binasının yeddinci mərtəbəsində olarkən hədəfə alınıb.
Əl-Qüds Briqadalarının yüksək rütbəli lideri Salame Abed də Qəzza şəhərinin şərqində hədəf alınaraq öldürülüb.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü Fövzi Bərhum bildirib ki , İsrail Qəzzaya qarşı yeni zorakı eskalasiyaya başlayıb və Fələstin xalqına qarşı yeni cinayət törədib.Fələstin müqavimət qrupları bu döyüşdə həmrəydir və susmayacaq. Fələstin müqaviməti Qəzza zolağında fələstinliləri mümkün olan bütün vasitələrlə müdafiə edəcək".
Mühacirətdə olan İslami Cihad Rəhbəri Ziyad Əl-Nəxalə deyib ki, "İsrailin Qəzzaya təcavüzünə başlamasından sonra işğalçı ilə barışıq olmayacaq".
Qeyd edək ki, İsrail son üç gün ərzində Qəzzada mühasirəsini gücləndirib. Daha sonra hücuma hazırlıq üçün Qəzzanı əhatə edən bölgələrə hərbi qüvvələr göndərib.




Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın