Ərdoğan: "Rublla bağlı Putinlə razılıq əldə etdik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb.
Təbii qazla bağlı Türkiyə ilə Rusiya arasında yeni razılaşma, rusiyalı sənayeçilərin fəaliyyətləri, banklararası ortaqlıq kimi məsələlərlə bağlı suallara cavabında Ərdoğan bildirib ki, sərmayə qoymaq istəyən hər kəsə dəstək verilir.
"Türkiyənin hazırda qapısı hər kəsə açıqdır. Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə bu son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, bu Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Bu mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək. Rusiyanın "Mir" kartı da var. Hazırda beş bankımız bununla bağlı işləri davam etdirir. Ciddi irəliləyişlər var. Bu, təbii ki, Rusiyadan gələn turistlər üçün çox rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Həm onlar, həm də bizim üçün çox əlverişli sistemdir. Səfər zamanı Rusiya Mərkəzi Bankının prezidenti və Mərkəzi Bankımızın prezidenti arasında da görüş oldu", - deyə Ərdoğan bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın