İrəvana gizli zəng edirdik, Bakı dərhal... – Satanovskidən şok
Ermənistan Rusiyanın müttəfiqi ola bilər, lakin bu və ya digər strukturun başında duran konkret adamlar haqqında bu gün mən bu fikri çox ehtiyatla işlədərdim.
Bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski "Solovyov Layf" proqramında deyib.
Y.Satanovski İkinci Qarabağ müharibəsinə də toxunub:
"Ermənistana biz necə kömək edə bilərdik ki, Rusiya rəhbərliyinin İrəvanla qapalı kanallarla danışıqlarının səsi uzağı 1-1,5 saatdan sonra Bakıdan gəlirdi və Bakıdan zəng edib, bu addımın atılmamasını xahiş edirdilər. Axı, danışıq bağlı kanalla olurdu. Bəs, Bakı necə xəbər tuturdu?
Ehtimal edirəm ki, Ermənistan dərhal ABŞ-a zəng edirdi, məruzə edirdi, Vaşinqton isə dərhal Azərbaycanı bununla bağlı məlumatlandırırdı. İş "Parçala və hökm sür" sxemi ilə aparılır".
O, sülhməramlıların Qarabağa yerləşdirilməsinə də toxunub:
"Biz hansı səylərlə sülhməramlıları Qarabağa göndərə bildik? Bu, ayrı mövzudur, bunun haqda vaxtı çatanda Şoyqu və Gerasimov danışarlar. Amma Müdafiə Nazirliyinin baş verənlərdən necə tamamilə məəttəl qaldığını yaxşı xatırlayıram.
Paşinyana necə təsir edəcəksiniz? Bilmək istərdim. Mən Paşinyanın hakimiyyətə gəlişini, İkinci Qarabağ savaşını, növbəti çevrilişi yaxşı bilirəm; Paşinyanın kim olduğunu bioqrafiyası ilə, bütün əlaqələri və simpatiyası ilə bilirəm..."
Satanovski qeyd edib ki, Qərb Rusiyaya hər tərəfdən təzyiq edir:
"Nə mümkündürsə, partladır – istər Kosova olsun, istər Cənubi Qafqaz. Rusiyaya hər tərəfdən təzyiq göstərmək üçün sxem işə salınıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Berns İrəvana kabab yeməyə gəlməmişdi.
Paşinyan İkinci Qarabağ müharibəsinə yalnız səbəb olmadı, həm də rusları gözdən saldı: necə pis ruslardır, lazımlı raketləri vermədilər, yararsız radioelektron qurğular verdilər, bununla da türk PUA-larını vurmaq olmazdı... İndi isə deyir ki, bizim rus sülhməramlılara suallarımız var"./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Prezident onları təltif etdi - Siyahı
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın