Addım-addım qətl: "Qadınlara demokratiya və azadlıqdan danışırlar, kişilər buna hazır deyillər"
Qısqanclıq zəminində baş verən cinayətlərin sayı son vaxtlar daha da artıb. Ümumiyyətlə, zərif cinsin nümayəndələri həyat yoldaşları, ataları, bəzən də qardaşları tərəfindən müxtəlif arqumentlərlə qətlə yetirilirlər. Bu kimi halların artması cinslər arasında qarşıdurmanın bir qədər dərinləşdiyini göstərir.
Bəs görəsən, buna səbəb nədir? Kişilər qadınlara niyə güvənmirlər?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən "Azərbaycan Uşaqlar" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, qız uşağını bəzi ailələr hələ ana bətnindən sevmirlər:
"Qızdan imtina ana bətnindən başlayır. Qız uşağı bəzi ailələr üçün seçimə çevrilib. Doğulacaq körpənin qız olduğunu bilən zaman aborta üz tuturlar. Ailələrdə oğlanlara daha çox diqqət edirlər. Qızlar çox zaman kənarda qalırlar. Qızlara uşaq vaxtından səsini qısmağı öyrədirlər. Ailələr də belə formalaşmağa başlayır. Bunu bütün ailələrə şamil etmək olmaz".
K.Ağazadə qeyd edib ki, erkən nikahların qarşısını almaq lazımdır:
"Qətllərin kökündə erkən nikah dayanır. Bunun qarşısını almaq üçün düzgün maarifləndirmə işi aparılmalıdır. Bunun kökünü birdəfəlik kəsə bilmərik. Qətllərdən çox, erkən nikahların qarşısını almaq lazımdır ki, nəticəsi uğursuzluqla bitməsin. Erkən nikah qısqanclıq zəminində qətllərə səbəb olub.
Nə qədər düzgün maarifləndirmə aparılsa, nəticəsini görəcəyik. Maariflənməyə ciddi nəzarət lazımdır. Cəmiyyətdə üzdə olan insanlar düzgün danışmalıdırlar. Öz ailəsində problem olub, danışanlar düzgün mesaj ötürməyəcəklər. Biz bununla problemlərə yol açmış oluruq. Maarifləndirməyə daha çox önəm verməliyik".
Sosioloq Əhməd Qəşəmoğlu isə əlavə edib ki, kişilər qədim adət-ənənələri qorumağa çalışırlar, qadınlar isə yeni informasiyaların təsiri altında özlərini daha sərbəst aparmaq istəyirlər:
"Kişi-qadın qarşıdurmasının konkret səbəbləri var. Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, həssaslaşır. İndi həm kişilər, həm də qadınlar arasında vəziyyət gərginləşib. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır".
Ə.Qəşəmoğlu kişilər arasında maarifləndirmə işinin aparılmadığını deyib:
"Bizdə maarifləndirmə işi eybəcər şəkildə aparılır. Qadınlara demokratiya, azadlıqdan danışırlar. Kişilərlə isə maarifləndirmə işi ümumiyyətlə aparılmır. Kişilər qədim adət-ənənələrin qorunmasına çalışırlar, qadınlar isə yeni təbliğatın və aldıqları informasiyanın təsiri altında özlərini daha sərbəst aparmaq istəyirlər. Kişilər buna hazır deyillər. Qadınlar bunu necə gəldi, mahiyyətini başa düşmədən edirlər. Bu zaman qarşıdurma yaranır, ziddiyyət yaranır. Qadınlar səhərdən axşama qədər kişiləri təhqir edirlər. Bu zaman kişi yığır, daha sonra patlayır. Kişinin də gücü yumruğu və ya bıçağındadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1190 Tarix: 07 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrBakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs
19 oktyabrKartdan karta bütün köçürmələr ÖDƏNİŞLİ OLDU - QİYMƏTLƏR
Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzi (BKM) üzərindən həyata keçirilən kartdan karta köçürmə əməliyyatlarına görə tətbiq olunan xidmət haqları açıqlanıb. Tariflər köçürmənin məbləğindən və valyutasından asılı olaraq dəyişir. xəbər verir ki, tariflərə əsasən, milli valyutada həyata keçirilə
18 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabrİsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabrAzərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd
18 oktyabrToyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
20 oktyabrƏlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18 oktyabr