2022-nin ən bahalı 5 avtomobili - FOTO
Bu dəfə 2022-ci ilin ən bahalı və lüks avtomobillərindən danışacağıq.
Milli.Az bu ilin qiymətləri və digər özəllikləri ilə göz qamaşdıran avtomobillərini təqdim edir.
Şübhəsiz ki, beşliyimizin ilk pilləsində "Rolls Royce Boa25t Tail" gəlir.
Bildirilir ki, bu avtomobildən cəmi üç ədəd istehsal edilib. "Rolls Royce Boat Tail 570" at gücünə və 6,75 litrlik iki turbo V12 mühərrikə malikdir. Bu fantastik dizaynlı avtomobilin qiyməti də göz qamaşdırır. Nə az, nə azacıq, "Rolls Royce Boat Tail"ə sahib olmaq istəyənlər 28 milyon dollarından keçməli olacaqlar.
Siyahımızın ikinci sırasında "Bugatti La Voiture Noire" özəllikləri və gözəllikləri ilə özünə yer ayırıb. "Bugatti La Voiture Noire" də "Chiron", "Chiron Sport" və "Divo" modellərində rast gəlinən 4 turbolu 8,0 litrlik W16 mühərrikinə sahibdir. Eyni zamanda, avtomobilin mühərriki 1500 at gücündədir. Eləcə də 1600 Nm fırlanma tezliyini yığa bilir.
Üstəlik, ona tam olaraq 6 egzoz sistemi daxildir. "La Voiture Noire"-də istifadə edilən LED arxa fənərlər avtomobilə fərqli atmosfer qatır. Məlumata görə, bu seriyadan yalnız bir avtomobil xüsusi sifarişlə istehsal edilib. Avtomobilin qiyməti isə 18,9 milyon dollardır.
Üçlüyümüzü "Pagani Zonda, HP Barchetta" tamamlayır.
"Pagani Zonda HP Barchetta" 6.0 litrelik çift turbo özellikli V12 motoruna sahibdir. Avtomobilin mühərriki 789 at gücündədir. 6 pilləli mexaniki transmissiyaya malikdir. Bu idman avtomobili 0-100 km/saat sürətini cəmi 3,1 saniyəyə yığır.
Həmçinin, onun maksimal sürəti 338 km/saatdır. Bu idman avtomobillərindən yalnız üç ədəd istehsal edilib. Maşınlardan biri şirkətin qurucusu "Horacio Paqaniye" məxsusdur. Digər ikisinin sahibi isə hələlik məlum deyil. "Pagani Zonda HP Barchetta"nın qiyməti 17,5 milyon dollardır.
2022-ci ilin ən bahalıları sırasında "Rolls-Royce Sweptail" "lövbər salıb".
"Rolls-Royce Sweptail" tamamilə onu sifariş edən şəxsə uyğunlaşdırılıb. Bu moderli ərsəyə gətirib başa çatdırmaq isə üçün 4 il çəkib. "Sweptail" həm də xarici dizaynı və istifadə olunan materialların keyfiyyəti ilə yanaşı çox güclü avtomobildir.
Avtomobil 6,75 litrlik iki turbo W12 mühərriklidir. Bundan əlavə, mühərrik 453 at gücünə malikdir. Beləliklə, bu maşın 0-100 km/saat sürəti cəmi 6 saniyəyə yığır. Onun maksimal sürəti 250 km/saatdır. Bu seriyadan olan avtomobilləri salonlarda görə bilməzsiniz. Ona görə ki, tamamilə sifariş əsasında yığılır. Qiyməti 13 milyon dollardır.
"Xəmsə"mizi, yəni beşliyimizi "Bugatti Centodieci" tamamlayır.
"Centodieci"nin texniki xüsusiyyətlərinə nəzər saldıqda onun digər "Bugatti" modellərindən çox da fərqlənmədiyini görə bilərik. Bu avtomobili "Chiron" ilə müqayisə etsək, ən böyük fərqinin cəmi 20 kq yüngül olduğunu deyə bilərik.
Bugatti Centodieci 8,0 litrlik W16 mühərrikinə malikdir. Eyni zamanda, avtomobil 1576 at gücündədir. "Centodieci"nin digər məlumatlarına nəzər salsaq görərik ki, 0-100 km/saat sürətlənməni 2,4 saniyəyə tamamlayır. Eləcə də 0-200 km/saat sürəti cəmi 6,1 saniyə, 0-300 km/saat sürətlənməni isə 13,1 saniyə yığa bilir. Maksimal sürəti saatda 380 km/saatdır. Qiyməti isə cəmi doqquzca milyon dollardır. (publika.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2215 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabrTələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabrAzərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib
18 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrƏsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka
19 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrOğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs
19 oktyabr