Narkotacir qruplarında qadınların sayı artıb: "Sosial çətinlik bir bəhanədir"

Narkotacir qruplarında qadınların sayı artıb: "Sosial çətinlik bir bəhanədir""Son zamanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qadınların satış məqsədi ilə özlərinin iradəsini cilovlaya bilməməsi və orada iştirakı sözün həqiqi mənasında kifayət qədər ciddi narahatlığa səbəb olur. Artıq həyəcan təbilinin çalınmasının vaxtı gəlib çatıb".

Bunu qadınların narkotik vasitələrin satışına qurşanmaları ilə bağlı Oxu.Az-a danışan hüquqşünas Şəmsəddin Əliyev deyib.

Qeyd edək ki, polis narkotacirləri yaxalamaq üçün əməliyyat keçirən zaman diqqətçəkən məqamlardan biri də ələ keçən qrupların içində qadınların da olmasıdır. Qadınların narkotik vasitələrin satışında iştirakı narahatlıq doğurur.

Bəs görəsən, qadınları bu işə kim vadar edir? Həvəs, pul qazanmaq istəyi, yoxsa məcburiyyət?

Hüquqşünasın sözlərinə görə, zərif cinsdən olanların bu tip cinayətlərin iştirakçısına çevrilmələri, mütəşəkkil dəstələrin sırasında olmaları üzücü bir haldır:

"Ailə tərbiyəsi önəmlidir. Sağlam ailələrdə böyüyən qadınların hər hansı bu tip cinayətlərdə iştirakı mümkünsüzdür. Bunlar sırf qadının iradəsinin zəifliyi ilə bağlıdır.

Savadsızlıq, hadisələrə real yanaşa bilməmək və onun nəticəsini görə bilməməkdən də irəli gələ bilər. Maarifləndirmə işləri aparılmalıdır. Narkotacirlər arasında qadınların çoxluq təşkil etməsi maarifləndirmə işinin kifayət qədər zəif aparıldığını göstərir. Dövlət qurumları ciddi məşğul olmalıdırlar".

Ş.Əliyev qeyd edib ki, bunu sosial çətinlik və işsizliklə əlaqələndirməməliyik:

"Düşünürlər ki, narkotikdən gələn pullar çoxdur. Lakin belə deyil. Onlar pul üçün cılız və sadə yola əl atırlar. Sonunu bilmədən bu yol ilə gedirlər. Biz yolun sonunu onlara göstərməli, zərərli olduğunu çatdırmalıyıq. Minimum əmək haqqı ilə dolananlar var, lakin belə yollara əl atmırlar. Yəni sosial çətinlik bir bəhanədir".

Şəmsəddin Əliyev əlavə edib ki, reallığı çatdıra bilsək, gələcək qız övladlarımızı, gənc ailələrimizi bu yoldan çəkindirə bilərik:

"Birgə tədbirlər həyata keçirilsə, narkotik vasitə asılılığından yaxa qurtara bilərik. Narkotik vasitələrin satışı daha çox İranla sərhəd olan rayonlarda aşkarlanır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizəni gücləndirməliyik. Sosial şəbəkələrdə də təbliğat işləri aparmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 905   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr