Rus Pravoslav Kilsəsinin nümayəndəsi: "Azərbaycanda dini nifaq salmaq cəhdləri nəticə verməyəcək"

Rus Pravoslav Kilsəsinin nümayəndəsi: "Azərbaycanda dini nifaq salmaq cəhdləri nəticə verməyəcək""Azərbaycanda iqtisadi çiçəklənmə müşahidə olunur və ölkə bütün dünyaya açıqdır".

"Report" xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov deyib.

"Azərbaycan xarici siyasətdə də az nailiyyət əldə etməyib. Bütün ölkələrlə dialoqa hazırdır. Bu, Azərbaycana heç də az qələbə qazandırmayıb. Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan tolerant və multikultural siyasət yeridir. Azərbaycan müstəqillik dövlət olandan bəri burada bir dəfə də olsun dini müstəvidə münaqişə yaşanmayıb. Ölkənin dini icmaları arasında qarşılıqlı anlaşma, əməkdaşlıq var", - o vurğulayıb.

K.Pominovun sözlərinə görə, dini tolerantlıq müxtəlif etnik tərkibə malik Azərbaycanı bütöv halda birləşdirib: "Bu, bəzi qüvvələri qıcıqlandırır. Azərbaycanın günü-gündən inkişaf etməsi kimlərisə narahat edir. Sadəcə bir şeyi başa düşmürəm, bu vandalizm, sarsaqlıq aktı ilə nə göstərmək istəyiblər. Mənə maraqlıdır ki, Böyük Britaniya Suriya, İraqa və digər ölkələrə burnunu soxan və orada islamı, adi inanclıları mühakimə edən Böyük Britaniya niyəsə burnunun ucunda olan terror təşkilatlarını bəsləyir. Düzdür, bu mənim işim deyil, siyasətin işidir".

O bildirib ki, Azərbaycanda dini nifaq salmaq üçün edilən cəhdlər nəticə verməyəcək: "Bunlar mənasızdır. Hər kəs gəlib görə bilər ki, Azərbaycanda məscidlər də, kilsələr də, sinaqoqlar da açıqdır. Hər bir dini ocağa giriş sərbəstdir. Hər kəs istədiyi dinə sitayiş edə bilər. Yenə də deyirəm, bundan əlavə, biz yalnızca azad şəkildə dinlə məşğul deyilik, biz həm də dostluq edir və ünsiyyət qururuq və ölkəmizin çiçəklənməsi və xoşbəxt olması üçün əlimizdən gələni edirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 976   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr