Cəlilabadın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur
"Azərişıq" ASC Cəlilabad rayonunun 10 kəndinin elektrik şəbəkəsini yenidən qurur.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu işlər Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, investisiya layihəsi çərçivəsində görülür.
Həmin kəndlərdən ikisi Qamışlıgöl və Sadatlı kəndləridir. Yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək. 80 abonenti olan Sadatlı kəndində də 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Bundan başqa, Cəlilabad rayonunun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1011 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlər Kabineti İranla bağlı qadağanı ləğv etdi
Azərbaycan və İran arasında yükdaşıma bərpa olunub. Bu barədə -a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-da
9 martAzərbaycanda bu şəxslərə bayramla əlaqədar PUL VERİLDİ - MƏBLƏĞ
8 Mart - Qadınlar Günü münasibətilə Azərbaycanda bir sıra Universitetlərdə xanım əməkdaşlara pul mükafatları verilib. Bununla bağlı Universitetlərin rektorları əmr imzalayıb. Aşağıdakı Universitetlərin xanım əməkdaşları mükafatlandırılıb:. Bakı Ali Neft Məktəbi - 300 AZN. İqtisad Universiteti (UNEC
7 martYeni metro bu tarixdə AÇILACAQ
2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilib təhvil veriləcək. Bu plana bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Stansiyaların yerləri də seçilib, müəyyənləşdirilib. B8 stansiyası Ağ şəhərin şimalında yerləşəcək. Xəzə
7 martAZAL Naxçıvana birbaşa uçuşları bərpa edir
Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir. xəbər verir ki, bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrut
9 mart