Azərbaycanda bağ evindən qara brilyant oğurlanıb
Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən bağ evindən içi pul və qızıl-zinət əşyaları ilə dolu seyf oğurlayan şəxslərdən ikisi məhkəmə qarşısına çıxarılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Türkiyə vətəndaşları Orhan Orbay və Emrah Huseyn Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) və 326.2-ci (Rəsmi sənədləri, ştampları, möhürləri talama) maddələri ilə ittiham ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, onlar istintaqdan hələ ki, yayınmış Haydar və Tahir adlı digər Türkiyə vətəndaşları ilə birlikdə Digah qəsəbəsində Yusif Mikayılovun evindən oğurluq planlaşdırıblar. Qrup üzvləri 2019-cu il dekabrın 31-də ev sahibinin mənzildə olmamasından istifadə edərək gecə saatlarında mənzilə daxil olaraq divardakı seyfi sökərək çıxarıblar və həyətə endirərək arabaya qoyublar. Onlar seyfi araba ilə küçəyə çıxarıblar və gəldikləri "Niva" markalı avtomobilə qoyaraq Maştağa qəsəbəsində kirayə yaşadıqları mənzilə aparıblar.
İttiham aktında qeyd edilib ki, 700 manat dəyəri olan 120x50 sm ölçülü seyfdə 120 100 dollar nağd pul, 48 000 dollar dəyərində qara brilyant dəsti, 60 000 dollar dəyərində yumru formalı brilyant dəsti, 8 ədəd 585 əyarlı ümumilikdə 80 000 manat dəyərində 800 qram qızıl tros boyunbağılar və onlarla digər bahalı qızıl-zinət əşyaları, bahalı daş-qaşlar, eləcə də ev sahibinin və ailə üzvlərinin mülkiyyət, şəxsiyyət, təltiflər, diplomlar, partiya bileti və digər mühüm sənədləri olub. Ev sahibinə ümumilikdə 571 145 manat ziyan vurulub.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər cinayətin Tahir və Haydar tərəfindən təşkil edildiyini, onlara müəyyən işlərdə dəstək verdiklərini bildiriblər. Seyfdən çıxan qızıl-zinət və pulun miqdarının şişirdildiyini də əlavə ediblər.
O da bildirilib ki, qrup üzvlərindən ikisi beynəlxalq axtarışa verilərək Gürcüstan ərazisində saxlanılaraq Azərbaycana gətiriliblər, digər iki şəxsi istintaqa cəlb etmək isə hələlik mümkün olmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Orhan Özbah və Erhan Hüseynin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3114 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrBiləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c
17 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabr