FTB Trampın evində axtarış aparır
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin keçmiş prezidenti Donald Trampın evində axtarış aparır.
Bu barədə Trampın tərəfdaşlarının "Twitter"dəki səhifəsində dərc olunmuş bəyanatında deyilir.
"Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqo iqamətgahındakı gözəl evim hazırda axtarış aparan FTB tərəfindən mühasirəyə alındığı üçün millətimiz üçün həqiqətən qaranlıq dövrlər başlayır", - deyə Tramp yerli nəşrlərdən birinə bildirib.
"The New York Times" vəziyyətlə tanış olan mənbələrə istinadən yazır ki, FTB Trampın evində eks-prezidentin Ağ Evi tərk etdikdən sonra özü ilə apardığı sənədlərə görə axtarış aparır. Qəzetin yazdığına görə, sənədlərdə məxfi məlumatlar ola bilər.
Nəşr bildirir ki, ABŞ Milli Arxivi bir neçə ay ərzində 15 qutu sənədin geri qaytarılmasını tələb edib və bu sənədlərin məhv edilməsi təhlükəsi olduğuna görə FTB-yə müraciət ünvanlayıb. Qəzet yazır: "Cənab Tramp prezidentliyi dövründə hökumət arxivlərində saxlanılması nəzərdə tutulan rəsmi sənədləri məhv etməklə məşhurdur".
Trampın sözlərinə görə, axtarış barədə ona heç kim məlumat verməyib. O deyib ki, axtarış əhəmiyyətsiz olub. Tramp FTB-ni prosedurları pozmaqda, radikal-solçu demokratları (ABŞ Demokratik Partiyası) isə hüquq-mühafizə orqanlarından silah kimi istifadə etməkdə ittiham edib. Sabiq dövlət başçısı deyir ki, demokratlar onu 2024-cü il prezident seçkilərində istəmirlər./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 763 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrİran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb
18 oktyabrEkvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü
Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş
18 oktyabr