Əfqanıstanda partlayışda öldürülən daha iki "Taliban" liderinin adları açıqlandı
Əfqanıstanın Pəktika vilayətində Pakistanda qadağan olunan TTP ("Təhrik-e-Taliban Pakistan") terror təşkilatının yüksək rütbəli rəhbəri Ömər Xalid Xorasaninin partladıldığı avtomobildə qruplaşmanın daha iki lideri ölüb.
Bu barədə TTP-nin sözçüsü Məhəmməd Xorasani məlumat verib.
Bildirilir ki, partlayıcı quraşdırılmış avtomobildə Müfti Həsən və Hafiz Daulat Xan da olublar. Onlar 2014-cü ildə "Taliban"ın Pakistan qolunun bir sıra digər liderləri ilə İŞİD terror qruplaşmasına qoşulması ilə tanınırdılar.
Qeyd edək ki, Ömər Xalid Xorasani Əfqanıstanın paytaxtı Kabildə "Taliban" hərəkatının Pakistan nümayəndə heyəti ilə danışıqlar aparanların arasında olub.
Pakistan hakimiyyəti və TTP apreldə danışıqlar masasına qayıdıb. Bu, İslamabadın Əfqanıstandakı "Taliban" hökumətinə transsərhəd terror hücumlarına daha dözümlə yanaşmayacaqlarına dair açıq mesaj göndərməsindən və TTP-yə qarşı sərt tədbirlər tələb etməsindən sonra baş verib. Mayın sonunda tərəflər Kabildə atəşkəsin qeyri-müəyyən müddətə uzadılması və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 783 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə ölkə daxilində uranın məhdud zənginləşdirilməsinə və plutoniumun emalına icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib. "Report" xəbər verir ki, bu barədə CNN mənbələrə və sənədlərə istinadən yazıb. "B
19 iyulİranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulPentaqon Yaxın Şərqə bir qrup qırıcı təyyarə yerləşdirir
ABŞ regiona əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərərək Yaxın Şərqdəki hərbi hava qruplaşmasını artırır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Mövcud məlumatlara görə, Yaxın Şərq regionuna Almaniyadakı "Şpanqdalem" aviabazasında
19 iyul"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı
Son illərdə dinozavr skeletləri dünyanın ən varlı insanları üçün ən populyar aktivlərdən birinə çevrilib. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, milyarderlər artıq Faberje yumurtaları və ya idman klubları kimi dəbdəbəli aktivlərlə yanaşı, dinozavr qalıqlarına da böyük maraq göstərirlər
19 iyulTürkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 119 şübhəli saxlanılıb
Türkiyənin 30 vilayətdə FETÖ əməliyyatları çərçivəsində 119 şübhəli saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sosial media hesabları vasitəsil
18 iyulDünya Bankı Ermənistan iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edib
Dünya Bankı (DB) xəbərdarlıq edib ki, Rusiyanın Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri davam etdirməsi və genişləndirməsi təkcə xarici ticarətə deyil, həm də Ermənistan iqtisadiyyatının artımına, inflyasiyaya və sosial vəziyyətə mənfi təsir göstər
18 iyul