"Getmək istəməsələr, zor gücünə, iti qovan kimi qovacağıq" – Separatçıların "şivən"inə şillə kimi cavab

"Getmək istəməsələr, zor gücünə, iti qovan kimi qovacağıq" – Separatçıların "şivən"inə şillə kimi cavabAzərbaycan Ordusunun "Qisas" antiterror əməliyyatından sonra erməni separatçıların Laçında və Zabuxda qalmış tör-töküntüləri yeni xülyalar görməyə başlayıblar. Belə ki, sayını dəqiq deyə bilmədiyimiz bu separatçı qalıqları Laçın və Zabuxdan çıxmayacaqlarını, döyüşəcəklərini bəyan ediblər.

44 günlük müharibədən sonra Kəlbəcərdən, Ağdamdan çıxarkən də bu cür sarsaqlayan separatçılar var idi. Deyəsən, ulduz görməsə, ölməyən ilan kimi, bu ermənilər də "Bayraktar" görməsələr, sakitləşmirlər.

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Qarabağda, Şərqi Zəngəzurda qalıb döyüşmək kimi revanşist fikirlərə düşən ermənilərin aqibəti çoxdan bəllidir:

"Bu zaman 44 günlük müharibədə baş verənlərdən daha betəri olacaq. Onların sözügedən bəyanatlarının bir adı var, o da erməni həyasızlığı. Ermənilər yaxşı bilirlər ki, tarix boyu heç vaxt Laçında, Zabuxda erməni yaşamayıb. Yəni onlar haradan bu ərazilərə köçürüldüklərini yaxşı bilirlər. 30 il ərzində burada yaşayırdılar və elə düşünürdülər ki, bu torpaqlarda əbədi qalacaqlar. Ancaq torpağın əsl sahibləri gəliblər və erməni separatçılar könüllü getmək istəməsələr, zor gücünə, iti qovan kimi qovacağıq.

Vaxtaşırı, indi isə lap tez-tez ermənilər şivən qaldırır və yalandan "azərbaycanlılar bizə qarşı soyqırımı törətməyə hazırlaşırlar" deyib bütün dünyanı köməyə çağırırlar. Ancaq ermənilərin iynələri artıq tikiş tutmur. Çünki Azərbaycan özünün humanist, sülhsevər siyasətini dünyaya bəyan edib və əməli işi ilə də bunu göstərib.

Azərbaycan Ordusu torpaqlarını işğaldan azad edib və Azərbaycan əsgəri bir metr də olsun, Ermənistan ərazisinə keçməyib. Müharibə dövründə də biz öz humanistliyimizi nümayiş etdirdik. Ermənilər isə öz xislətlərinə yaraşan şəkildə dinc əhalini raket, top atəşinə tutdular, basdırdıqları yüz minlərlə minalar vasitəsilə hələ də azərbaycanlılara qarşı qırğınlar törətməkdə davam edirlər. Ancaq biz ermənilərdən fərqli olaraq sülh yolunu seçmişik. Sülh yolu isə bir qarış da olsa torpağımızın erməni işğalında qalmamasından keçir".

Deputat bildirib ki, torpağımızın hər qarışı əzizdir:

"Kimin nə deməsindən, necə fikirləşməsindən asılı olmayaraq biz son millimetrinə qədər torpaqlarımızı düşməndən, terrorçulardan təmizləyəcəyik. Dünyada bu gün baş verən proseslərə baxanda onun haqq-ədalətlə, beynəlxalq hüquqla idarə olunmadığını görürük. Dünya güclə idarə olunur. Yaxın Şərqdə, Ukraynada baş verənlər, 30 il ərzində bizim başımıza gətirilən müsibətlər bu faktı təsdiqləyir".

E.Məmmədovun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "meydanda gücü olmayanın masada da gücü olmur" deyib:

"Nə vaxt ki biz meydanda gücsüz idik, masada da sözümüz keçmirdi. Bu gün meydanda güclüyük və artıq diktə edən tərəf də bizik. İrəvanın nəsə sarsaqlaması, Parisin hansısa fikir bildirməsi, Vaşinqtonun separatçılara hansısa yardım etməsi onların öz işləridir. Biz haqq yolunu tutmuşuq və heç kimin torpağında gözümüz yoxdur. Gedən proseslər də göstərir ki, biz torpağımızda düşmənlərimizin qalmasına icazə verməyəcəyik.

Son günlərdə "Qisas" antiterror əməliyyatı nəticəsində hansı uğurları qazandığımız da göz qabağındadır. Bu əməliyyatlar son terrorçu, son qeyri-qanuni silahlı erməni, separatçı torpağımızdan təmizlənənə qədər davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2435   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr