Qış gəlməmiş quru meyvələr bahalaşdı: Onun da mövsümünü gözləməyə gərək var? - FOTO

Qış gəlməmiş quru meyvələr bahalaşdı: Onun da mövsümünü gözləməyə gərək var? - FOTO"Mağazalarda quru meyvələrin bahalaşması, əslində, bir tərəfdən başadüşüləndir. Çünki həmin məhsulların maya dəyəri artıb. Kənd təsərrüfatı məhsullarında mövsüm dövrünün olmasına baxmayaraq, quru meyvələrin maya dəyərinin qiyməti düşmür".

Bu sözləri quru meyvələrin bahalaşması ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Xatırladaq ki, ərzaq məhsullarının qiymətində artım hələ də davam edir. Müşahidə etsək, bunun təkcə bizdə yox, bütün ölkələrdə olduğunu görərik. Mağazalarda quru meyvələrin də bahalaşdığı nəzərə çarpır. Belə ki, ərik qurusunun bir kiloqramının qiyməti 6,50 AZN idisə, artıq 7,50; kiloqramı 5,90 AZN-ə olan kişmiş isə 7 manata satılır.

Bəs görəsən, quru meyvələrin qiymətinin artmasının səbəbi nədir?

İqtisadçının sözlərinə görə, mövsüm dövründə qiymətlər aşağı düşməlidir:
"Bununla bağlı bizim xüsusi bir araşdırmamız yoxdur. Hazırda mövsüm sonudur. Bir sıra quru meyvələr Azərbaycana xüsusən İran kimi ölkələrdən idxal olunur. İdxalda bahalaşma qaçılmazdır. Həmin məhsulların maya dəyəri, nəqliyyat xərcləri artıb. Bu da müəyyən mənada öz təsirini göstərir.

Qış mövsümü gəlir. Quru meyvələr üçün tədarük indidən başlayır. Lakin burada qiymətlər azalmır. Qiymətlər düşmürsə, təbii ki, bu, artıq tədarükçüləri vadar edir ki, əllərində olan məhsulu daha optimal şəkildə (yəni baha) bazara təqdim etsinlər. Bütün bu amillərin birləşməsi fonunda biz bazarlarda daha baha qiymətə məhsulların təşviq edilməsinin şahidi oluruq".

R.Həsənov qeyd edib ki, tələbin azalması müəyyən mənada qiymət artımı təzyiqlərini neytrallaşdıracaq:

"Bahalaşmanın nə vaxt bitəcəyini bilmək çox çətindir. Sürətli bahalaşmanın bir sonu olacaq. Xüsusilə də neftin qiymətlərinin azalması istiqamətində müəyyən bir dinamika müşahidə olunur. Əhalinin alıcılıq gücündə təzyiqlər var. Bütün bunlar hamısı tələbin azalmasını şərtləndirəcək.

Bu gün bütün ölkələrdə, o cümlədən də Azərbaycanda, bütün sahələrdə istehsal qiymətləri daha yüksəkdir. Çünki məhsulun maya dəyəri daha çox artıb. İstehlak qiymətlərinin indeksi istehsal qiymətindən xeyli geri qalır. Bu, narahatlıq doğurur. Bir müddət bu artımları müşahidə edəcəyik".

Ekspert Xalid Kərimli isə əlavə edib ki, qiymətlərin artımında əsas amil xərclərin bahalaşmasıdır:
"Ərzaq qiymətlərinin artımı hazırda ümumi inflyasiyanın əsas aparıcı qüvvələrindəndir. Ərzaq qiymətlərinin artımı həm xidmətlərin, həm də qeyri-ərzaq məhsullarının qiymətindən iki dəfə daha üstündür. Quru meyvələr də ərzaq məhsulları qismindədir.

Meyvə-tərəvəzin bahalaşmasının bir çox səbəbləri var idi: Həm daxili, həm də xarici amillər. Dünyada baş verən proseslərin də öz təsiri oldu. Fermerlər məhsulu əvvəlki xərclə istehsal edə bilmirlər. Əsas budur.

Ötən ay artım ləngisə də, fəsillə əlaqədar olaraq, qiymətlərin stabilləşməyinə dair bir gözlənti yoxdur. Mərkəzi banklar da qiymət artımı ilə mübarizə aparırlar. Lakin hələlik uğurlu deyillər. Yaxın aylarda qiymət artımı, yəqin ki, davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 686   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr