İşə qəbulda üstünlük, yoxsa vaxt itkisi: Magistratura oxumaq nə qədər vacibdir? - FOTO

İşə qəbulda üstünlük, yoxsa vaxt itkisi: Magistratura oxumaq nə qədər vacibdir? - FOTO"Magistraturaya sənəd verənlərin sayının artması, hesab edirəm ki, çox yaxşı göstəricidir. Ümumiyyətlə, magistr təhsilli gənclərə daha çox önəm verilir. Gənclərimiz təhsil almağa nə qədər maraqlı olsalar, o qədər yaxşı olacaq. Əmək bazarında da savadlı, peşəkar kadrların sayı artacaq".

Bunu magistraturanın üstünlüyü ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Magistr olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Gənclərimizin əksəriyyəti təhsili Avropa ölkələrində davam etdirməyə üstünlük verirlər. Bununla yanaşı, Azərbaycanda da təhsilini davam etdirmək istəyənlər az deyil. Müşahidələrdən aydın olur ki, bəziləri sırf ixtisaslarını dəyişmək üçün magistraturaya üz tuturlar. Bir qisim bakalavrlar isə sırf təhsili davam etdirmək üçün magistr pilləsində təhsil alırlar.

Bəs görəsən, Azərbaycanda magistratura oxumağın nə kimi əhəmiyyəti var?

Ekspertin sözlərinə görə, magistrantlar çox olarsa, əmək bazarında da savadlı, peşəkar kadrların sayı artacaq:

"Təhsilin ardıcıllığını təmin etmək üçün atılan bu addım çox mütərəqqidir. Rəqabət mühitinin formalaşmasını təqdir edirəm. Gənclər nə qədər təhsilə can atsalar, o qədər yaxşıdır. Magistratura həm elmi-tədqiqat, həm də bütövlükdə ali təhsilin tamamlanmş formasıdır".

İ.Orucov qeyd edib ki, magistraturaya plan yerlərinin sayı artırılmalıdır:

"Gənclərin təhsil almaları ilə bağlı iddialarını ortaya qoymaları bununla bağlıdır. Düşünürlər ki, nə qədər təhsilli olsalar, o qədər üstünlükləri olacaq. Doğrudan da, bu kimi məsələlərdə rəqabət mühitinin olması - ən yaxşılarının seçimi olacaq. Azərbaycanda əksər tələbələr magistr təhsili üçün Avropa ölkələrinə üz tuturlar. Bu da üstünlükdür".

Bəs magistr olmağa hazırlaşanlar və artıq bu pilləni geridə qoyanlar nə düşünürlər?

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin, Beynəlxalq jurnalistika ixtisasının magistrantı Şəhanə Paşayevanın sözlərinə görə, magistraturanı mütləq şəkildə oxumaq lazımdır:

"Mənim fikrimcə, magistraturanı mütləq oxumaq lazımdır. Oxuduğun ixtisası nə qədər yaxşı öyrənsən, o qədər yaxşı olacaq. Hətta düşünürəm ki, peşəkar olmaq üçün doktorantura oxumalısan. Əslinə qalsa, bu, ixtisasdan-ixtisasa dəyişəndir. Elə ixtisaslar var ki, bakalavr oxumaq yetərli hesab olunur. Buna jurnalistikanı misal göstərə bilərəm. Jurnalistikanın bakalavrını oxumaq kifayət edir. Magistraturasını oxumaq zəruri deyil. Əgər sən universitetdə müəllim işləmək, dissertasiya müdafiə etmək istəyirsənsə, bu tip məsələlər üçün magistr təhsili önəmlidir. Lakin hansısa media qurumunda, televiziya və ya saytlarda işləmək istəyirsənsə, önəmli deyil".

Ş.Paşayeva magistr təhsilinin əhəmiyyətindən danışıb:

"Başlıcası odur ki, sən artıq bakalavrda öyrəndiklərinin daha geniş formasını öyrənir, peşənə daha çox yiyələnirsən. Əlaqələrin də genişlənir. 17 yaşlı tələbə ilə 21 yaşlı eyni deyil. Magistraturada peşəni təkmilləşdirən insanlarla ünsiyyətdə olursan. Bir növ sosial həyata da təsir edəcəyini düşünürəm.

Mən jurnalistika fakültəsini bu il bitirdim. Magistr təhsilimi yenidən bu ixtisas üzrə davam etdirəcəm. Düşündüm ki, dörd il uğurlu bir tələbə olmamışam. Etiraf edim ki, ikinci kursdan sonra daha çox dərs oxumağa başlamışam. Açığı, əvvəl dərs oxumağa həvəs olmayıb. Ona görə də düşündüm ki, bundan sonra magistraturada oxusam, bu sahədə daha çox təkmilləşərəm".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin təşkili və idarəedilməsi ixtisasının magistrantı Natavan Əliyeva isə humanitar sahəyə tələbin az olduğu üçün ixtisasını dəyişib:

"İlk başlarda magistraturaya hazırlaşmaq fikrim yox idi. Universiteti bitirdikdən sonra dövlət qulluğuna hazırlaşmaq istəyirdim. Daha sonra bilgi toplamağa başladım. Oxuyub-bitirənlərdən, müəllimlərimdən məsləhət aldım. Onlar mənə dedilər ki, "magistratura oxumaq bir addım öndə olmaq deməkdir". İxtisasdan asılı olmayaraq elədir.

Bununla yanaşı, CV-lərə nəzər yetirdim. Şahidi oldum ki, istər dövlət, istərsə də özəl sektordan asılı olmayaraq humanitar sahəyə maraq da, tələbat da çox aşağıdır. Humanitar sahədə tələbat 20 faizdirsə, iqtisadiyyatda bu, 80 faiz təşkil edir. Bu səbəbdən iqtisadiyyat sahəsinə yönəldim. Qeyd edim ki, bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaçılıq ixtisası üzrə almışam".

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya fakültəsinin Amerikaşünaslıq ixtisasının keçmiş magistrantı Vətən Vətənli isə magistr oxumağın vaxt itkisi olduğunu deyib:

"Düşünürəm ki, boş vaxt itkisidir. Məndən soruşsalar, tövsiyə etmərəm. Çünki o qədər də önəmli perspektivi yoxdur. Mən özümü sınamaq üçün imtahan verdim. Bal topladığım üçün oxudum. Bir sözlə, burada magistr oxumaq vaxt itkisidir. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə almışam".

Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Biotibbi texnologiya mühəndisliyi ixtisasının keçmiş magistrantı Sevinc Fərid də magistr təhsili aldığı üçün peşman olduğunu söyləyib:

"Öncə onu deyim ki, belə olacağını bilsə idim, magistratura oxumazdım. Çünki magistratura oxuyanla oxumayanın heç bir fərqi yoxdur. Bu, sadəcə, vaxt itkisidir. Əgər magistraturaya ödənişli əsaslarla qəbul olsaydım, çox güman ki, oxumayacaqdım. Düşünürəm ki, təhsilimi xaricdə davam etdirsəydim, iş həyatım üçün daha sərfəli olardı. Qeyd edim ki, bakalavr təhsilimi də Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Biotibbi texnologiya mühəndisliyi ixtisası üzrə bitirmişəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1347   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Yasamalda qanunsuz tikinti narazılıq yaratdı

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə

19 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr