Baba Vəziroğlu: "Pul ilə vəzifənin qızdırmasına heç kəs dözə bilmir" - MÜSAHİBƏ

Baba Vəziroğlu: "Pul ilə vəzifənin qızdırmasına heç kəs dözə bilmir" - MÜSAHİBƏ"Tanrı insanları hər şeyi dərk etməyə o zehniyyəti, şüuru verməyib. Dərk etsə, insanın işi ancaq xeyirxah əməllər etmək olar".

Bunu Oxu.Az-a vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müsahibəsində Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.

Müsahibəni təqdim edirik:

- Azərbaycanda vəzifəli şəxslərə qarşı hər zaman bir narazılıq var. Özü də bu, təkcə onların fəaliyyətləri ilə bağlı deyil. Öz yaxınlarına olan münasibətdə də hiss olunur. İnsanlar niyə vəzifəyə keçəndən sonra dəyişirlər?

- Bu, təbiətin qanunudur. Hər şey dəyişir, inkişaf edir. Heç nə yerində qala bilməz. Sükut, dayanıqlılıq ölüm deməkdir. Dünya, insanlar dəyişirlər. Çünki dünya fırlanır. Dünya fırlanırsa, deməli, Ay işığının altında heç nə əbədi deyil, fanidir.

Təbiət belə bir quruluş yaradıb. İnsanları qınamıram. İnsan maksimum 70-80 il yaşayacağını dəqiq bilir. Lakin dərk etmir. İnsan özündən sonra iz qoyub getməlidir. Çalışmalıdır ki, kimsə ona rəhmət oxusun. Keçmişi unutmaq, kiməsə quyu qazmaq olmaz.

- Baba müəllim, insanlar keçmişlərini unutduqları kimi, yaşadıqları həyatın da əbədi olduğunu düşünürlər. Sizcə, unutqanlıq nə ilə bağlıdır?

- İnsanlar qəbiristanlığa gedəndə beş-on dəqiqə dərin düşüncələrə qərq olurlar. Düşünürlər ki, hamının axırı buradır. Amma oradan çıxan kimi hər şeyi unudurlar. Həyatın fəlsəfəsidir. Bunu ən kamil insanlar dərk edə bilərlər. Ona da hər adam çata bilmir. 120 il yaşayanlar var ki, həqiqətə çata bilmirlər. Mənasız ömür sürürlər. Həyata nə cür bədbəxt gəliblərsə, həyatdan da o cür gedirlər. Heç nəyi dərk etmirlər.

Xüsusən də Şərqdə belə bir misal var ki, pul ilə vəzifənin qızdırmasına heç kəs dözə bilmir. Çox nadir insanlar dözürlər. Pul ilə vəzifənin gətirdiyi "qızdırma" çox insanlara belə təsir edir. Elə düşünürlər ki, hər şey əbədidir.

- Azərbaycanlı vəzifəli şəxsləri avropadakılar ilə müqayisə etsək, hansı nəticələrə gələ bilərik?

- Dünyada iki cür insan var - cahil və kamil. Şərqdə 21-ci əsrdə cahil insanlar daha çoxdur. Avropa yavaş-yavaş kamilləşməyə doğru gedir. Avropada kamil insanlar daha çoxdur. Ona görə qanunlar şahdır. Heç kəs kiməsə irad bildirə bilməz. Çünki asılı deyillər. Rüşvət yoxdur. Hər şeyi qanunlar idarə edir.

Avropada vəzifəli şəxs kobudluq etsə, o dəqiqə qandallayıb həbs edərlər. Orada qanun əsasdır, vəzifəlilər də adi vətəndaş kimidirlər. Çünki insanlar kamildirlər. Bilirlər ki, tanrı insanları bərabər yaradıb. Birini general, birini fəhlə yaratmayıb. Hər kəs evində özü üçün padşah hesab oluna bilər. Lakin cəmiyyətdə hamı bərabərdir.

Kreslo müvəqqətidir. Avropada insanlar nazir olmaqdan imtina edirlər. Rahat yaşamaq istəyirlər. Bizdə isə çamadanlarla pul ötürülür.

- Ümumiyyətlə, insanlar vəzifəyə keçəndən sonra öz səlahiyyətlərini icra etmək əvəzinə, bəzən başqa işlərlə məşğul olurlar. O zaman vəzifə nəyə gərəkdir?

- Bizdə daha çox təbiətin qanunları işləyir. Təbiətin qanunları da cəngəllik qanunlarıdır. Kimin gücü çoxdur, o qalib gəlir. Ovun ən yaxşı yerini o yeyir, ən yaxşı yerdə də o qalır. Avropada isə insanlıq qanunları daha çox işləyir. Təbiətin qanunları ilə yaşayırıqsa, o zaman niyə insan hesab olunuruq?

Sivil dünya insanlıq qanunları ilə yaşayır. Arzu edirəm ki, insanlıq qanunları ilə idarə olunan cəmiyyətin bir üzvü olaq. Cəmiyyətin də yeganə yolu kamilləşməkdir. Başqa bir şey yoxdur. Ümid edirik. Etməsək, ölərdik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1026   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

5 may
.

Futbol oynayarkən ölən tələbənin - Fotosu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü

5 may
.

Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub. "Unikal"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaq

4 may
.

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim

5 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

Sabah 23 dərəcə isti olacaq

Bakıda mayın 5-də havanın 19, rayonlarda 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəz

4 may
.

Bakıda temperatur 21 gün normadan yuxarı olub

2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Orta aylıq temperatur 13C isti təşkil edib. Qeyd edilib ki, yarımadad

4 may
.

WUF13 zamanı "Koroğlu"dan 24 saatlıq K1 marşrutu fəaliyyət göstərəcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili ilə bağlı əlavə tədbirlər görüləcək. xəbər verir ki, bu barədə keçirilən brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib. Onu

5 may
.

ll kurs tələbəsi futbol oynayarkən öldü

Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlu oyun zamanı epilepsiya tutması keçirib. İlkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Sumqayı

5 may